Pleyeri seçin:

Neft bazarında ucuzlaşmanın səbəbi | Gözləntilər niyə səhv çıxdı? - Baku TV

12 iyun 2026 471 baxış

Yaxın Şərqdə hərbi gərginliyin yenidən artması enerji qiymətlərini gündəmə gətirib.

Ancaq reallıq budur ki, baş verən proseslər neft bazarında qiymətlərin artmasına səbəb olmaq əvəzinə ucuzlaşma ilə nəticələnib.

Məsələn, "Brent" markalı neftin bir barelinin qiyməti iyunun 3-də 97,81 ABŞ dolları olduğu halda ayın 11-də bu göstərici 93,66 dollara enib.

İqtisadçı Xalid Kərimli bildirib ki, geosiyasi risklər artıq çoxdan yüksəlib və bazar mövcud şəraitə adaptasiya olunub:

"Əvvəlki 55–60 dollarlıq qiymət çərçivəsində risk elementləri az idi. Amma indiki 95–100 dollarlıq qiymətlərin tərkibində bu geosiyasi risklər və gərginliklər artıq öz əksini tapdığı üçün hər yeni xəbərin təsiri daha az olur. Eyni zamanda bazarlar əvvəlki kimi kəskin emosional reaksiya vermir, gələn xəbərlərin davamını da izləyirlər. Çünki bir çox bəyanatlar bəzən sırf bazarlarla oynamaq məqsədi daşıyır və yaxud hansısa ritorikanın tərkib hissəsi kimi istifadə edilir. Hərbi aktlar isə qısamüddətli olur və bir neçə saata yekunlaşır. Bu baxımdan əvvəlki gərginlik və qeyri-müəyyənlik bir qədər azalıb".

Xalid Kərimli əlavə edib ki, həmçinin qlobal iqtisadi artımın səngiməsi neftə tələbatın azalmasına, qiymətlərin enməsinə gətirib çıxarır. Bundan başqa, müxtəlif istiqamətlərdə çətinliklərin aradan qaldırılması fonunda qlobal neft təklifinin kəskin azalmaması da qiymətin artmasına imkan vermir. 

Banner
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 471 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 471 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 471 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 471 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 471 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 471 baxış
Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 471 baxış
“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 471 baxış
Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 471 baxış
251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 471 baxış
Seçilmişlər
icon