Pleyeri seçin:

Ötən il 9 enerji obyekti istismara verilib

05 yanvar 2023 230 baxış

2022-ci ildə “AzərEnerji” ASC tərəfindən 9 enerji obyekti istismara verilib, 2 enerji obyektinin təməli qoyulub və 6 enerji obyektinin tikinisinə baxış keçirilib.

İlin ən mühüm hadisələrindən biri – dövlətlərarası strateji əhəmiyyətə malik “Yaşma” qovşaq yarımstansiyasının yenidənqurmadan sonra istismara verilməsi olub. İl ərzində həmçinin “Qobu” yarımstansiyasının və “Qobu” Elektrik Stansiyasının, Ağdam rayonunda “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi”nin açılışı baş tutub, “Ağcabədi” yarımstansiyası isə istismara verilib. Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji layihəsi çərçivəsində “Cəbrayıl” Enerji Qovşağının təməli qoyulub.

İşğaldan azad edilən ərazilərdə də yenidənqurma işləri aparılıb. Kəlbəcərdə istismara verilən “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası, “Çıraq-1”, “Çıraq-2”, “Qamışlı”, “Soyuqbulaq” və “Meydan” kiçik su elektrik stansiyaları, o cümlədən Laçın rayonunda tikilən “Qorçu” yarımstansiyası və ikidövrəli “Kəlbəcər-Laçın” ötürmə xəttinin inşası, “Laçın" Qovşaq Yarımstansiyasının təməlinin qoyulması bölgənin elektrik təchizatında vacib rol oynayır.

Onu da qeyd edək ki, “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyalarının açılışı da yenicə yola saldığımız il baş tutub. Mingəçevir şəhərində isə yeni elektrik stansiyası yaradılır. Bu generasiya müstəqillik dövründə tikiləcək ən böyük elektrik stansiyası olacaq.

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanuna dəyişiklik olunacaq

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanuna dəyişiklik olunacaq

İqtisadiyyat
14 aprel 2026 230 baxış
2025-ci ildə bankların mənfəəti 1,2 milyard manat olub

2025-ci ildə bankların mənfəəti 1,2 milyard manat olub

İqtisadiyyat
14 aprel 2026 230 baxış
Serbiya Azərbaycandan nə qədər qaz tədarük etməyi planlayır? - Baku TV

Serbiya Azərbaycandan nə qədər qaz tədarük etməyi planlayır? - Baku TV

İqtisadiyyat
14 aprel 2026 230 baxış
Hasilata 2027-ci ilə qədər başlanılması gözlənilir - Baku TV

Hasilata 2027-ci ilə qədər başlanılması gözlənilir - Baku TV

İqtisadiyyat
14 aprel 2026 230 baxış
"Azəri-Çıraq-Günəşli" blokunun payına nə qədər düşür? - Baku TV

"Azəri-Çıraq-Günəşli" blokunun payına nə qədər düşür? - Baku TV

İqtisadiyyat
14 aprel 2026 230 baxış
Neft-qaz sektorundakı müəssisələr vergi ödəyiciləri sırasında niyə öndədir? - Baku TV

Neft-qaz sektorundakı müəssisələr vergi ödəyiciləri sırasında niyə öndədir? - Baku TV

İqtisadiyyat
10 aprel 2026 230 baxış
SOCAR və “Özbəkneftqaz” “Üstyurt” kəşfiyyat sahəsində görülən işləri nəzərdən keçirib - Baku TV

SOCAR və “Özbəkneftqaz” “Üstyurt” kəşfiyyat sahəsində görülən işləri nəzərdən keçirib - Baku TV

İqtisadiyyat
10 aprel 2026 230 baxış
SOCAR ITOCHU Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - Baku TV

SOCAR ITOCHU Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - Baku TV

İqtisadiyyat
10 aprel 2026 230 baxış
Neft bazarını silkələyən proses | Qiymətlərin aqibətini nə həll edəcək? - Baku TV

Neft bazarını silkələyən proses | Qiymətlərin aqibətini nə həll edəcək? - Baku TV

İqtisadiyyat
09 aprel 2026 230 baxış
Neftlə bağlı bu proqnoz kimlərin xeyrinə olacaq?

Neftlə bağlı bu proqnoz kimlərin xeyrinə olacaq?

İqtisadiyyat
09 aprel 2026 230 baxış
Seçilmişlər
icon