Pleyeri seçin:

Qahirədə enerji konfransı | SOCAR Yaxın Şərqdə nəyi planlaşdırır? - Baku TV

02 aprel 2026 574 baxış

Qahirədə “Əməkdaşlıq, fəaliyyət və reallıq vasitəsilə enerji keçidi” şüarı altında keçirilən 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) plenar iclaslarla davam edib.

İclasda SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov və dünyanın bir çox nəhəng şirkətlərinin rəhbərləri çıxış ediblər.

Müzakirələrdə enerji sektorunda yeniliklər, gələcək planlar və yeni ticarət tərəfdaşlıqlarının əhəmiyyəti vurğulanıb.

Vitaliy Bəylərbəyov çıxışında SOCAR-ın Misirlə əməkdaşlıqda yeni mərhələyə daxil olduğunu, Misirin Dövlət Neft Korporasiyası ilə imzalanmış sazişin əhəmiyyətini qeyd edib.

SOCAR rəsmisi Azərbaycanın etibarlı xam neft və qaz tədarükçüsü olduğunu vurğulayıb və son illərdə qaz ixracının əhəmiyyətli dərəcədə artdığını bildirib.

Qeyd edib ki, Azərbaycan qazı hazırda 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 ölkəsinə, həmçinin artıq bir ilə yaxındır ki, Suriyaya ixrac olunur.

Diqqətə çatdırılıb ki, Azərbaycanın nefti ilə yanaşı, Türkmənistan və Qazaxıstan neftinin də dünya bazarına çıxarılmasına xidmət edir.

Vurğulanıb ki, Cənub Qaz Dəhlizinin buraxılış gücünün artırılması, hətta iki dəfə genişləndirilməsi imkanları nəzərdən keçirilir. Bu proses yeni yataqların istismara verilməsi ilə dəstəklənəcək. Məsələn, “Total Energies” və tərəfdaşlarla birgə həyata keçirilən Abşeron qaz-kondensat yatağı layihəsi 2029-cu ildə böyük həcmdə qaz və kondensat hasilatını təmin edəcək. Ümumilikdə əlavə olaraq ən azı 15 milyard kubmetr qaz tədarükü imkanının yaranacağı qeyd olunub.

Banner
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 574 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 574 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 574 baxış
Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 574 baxış
“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 574 baxış
SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 574 baxış
Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 574 baxış
2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 574 baxış
SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 574 baxış
Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 574 baxış
Seçilmişlər
icon