Pleyeri seçin:

"BP-Azərbaycan" "Şahdəniz Alfa" platformasından hasilatı bərpa etdi | "Bulgargaz" bəyanat yaydı

20 yanvar 2025 352 baxış

Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib.

Bu barədə Bolqarıstanın təbii qaz tədarükçüsü “Bulgargaz” şirkətinin bəyanatında deyilir.

“Azərbaycanla uzunmüddətli müqavilə əsasında Bolqarıstana qaz tədarükü bazar günü, yanvarın 19-da bərpa edilib”, – şirkət yanvarın 20-də bildirib.

Xəbər verdiyimiz kimi, “Bulgargaz” ötən həftə Azərbaycanın texniki səbəblərdən yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlamışdı.

Tədarükün yanvarın 11-də bərpa olunacağı bildirilsə də, ayın 10-da BP şirkəti “Şahdəniz Alfa” platformasından Səngəçal terminalına kondensatın nəqli üçün nəzərdə tutulmuş boru kəmərində texniki nasazlıq barədə məlumat verib. Problemi mümkün qədər tez həll etmək üçün platformanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Yanvarın 18-də axşam kondensat boru kəmərində yaranmış problem tam aradan qaldırıldıqdan sonra “BP-Azərbaycan” şirkəti “Şahdəniz Alfa” platformasından hasilatı bərpa edib.

Qeyd edək ki, platformadan hasilatın dayandırılması Azərbaycan qazının Bolqarıstan və Serbiyaya nəqlinə təsir göstərib. Bolqarıstanın Azərbaycanla ildə bir milyard kubmetr həcmində qaz tədarükünə dair uzunmüddətli müqaviləsi var.

"Müsbət dinamikalar təkcə inzibati nəzarətin hesabına deyil" | Orxan Nəzərli

"Müsbət dinamikalar təkcə inzibati nəzarətin hesabına deyil" | Orxan Nəzərli

İqtisadiyyat
05 mart 2026 352 baxış
“Qeyri-neft-qaz sektoru iqtisadi artımın əsas drayverinə çevrilib” | Nazir

“Qeyri-neft-qaz sektoru iqtisadi artımın əsas drayverinə çevrilib” | Nazir

İqtisadiyyat
05 mart 2026 352 baxış
“Azərbaycan fiskal siyasətdə balansı qorumağı bacaran nadir ölkələrdəndir” | Samir Şərifov

“Azərbaycan fiskal siyasətdə balansı qorumağı bacaran nadir ölkələrdəndir” | Samir Şərifov

İqtisadiyyat
05 mart 2026 352 baxış
SOCAR-ın təşkilatçılığı ilə 2 günlük seminar | Təşəbbüs təcrübə mübadiləsini genişləndirir - Baku TV

SOCAR-ın təşkilatçılığı ilə 2 günlük seminar | Təşəbbüs təcrübə mübadiləsini genişləndirir - Baku TV

İqtisadiyyat
05 mart 2026 352 baxış
"SOCAR Green" 7 irimiqyaslı layihə həyata keçirir - Baku TV

"SOCAR Green" 7 irimiqyaslı layihə həyata keçirir - Baku TV

İqtisadiyyat
05 mart 2026 352 baxış
İrandan qida məhsullarının ixracına qadağa | Ekspertlər nələri açıqladı? - Baku TV

İrandan qida məhsullarının ixracına qadağa | Ekspertlər nələri açıqladı? - Baku TV

İqtisadiyyat
04 mart 2026 352 baxış
Bahalaşma Azərbaycana necə təsir edəcək? - Qazın qiyməti artdı | Bahalaşma davam edəcək? - Baku TV

Bahalaşma Azərbaycana necə təsir edəcək? - Qazın qiyməti artdı | Bahalaşma davam edəcək? - Baku TV

İqtisadiyyat
04 mart 2026 352 baxış
Əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə edilib - Baku TV

Əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə edilib - Baku TV

İqtisadiyyat
04 mart 2026 352 baxış
Rövşən Nəcəf Moldova energetika naziri ilə görüşüb - Baku TV

Rövşən Nəcəf Moldova energetika naziri ilə görüşüb - Baku TV

İqtisadiyyat
04 mart 2026 352 baxış
Rövşən Nəcəf Trayço Traykov ilə görüşdü - Baku TV

Rövşən Nəcəf Trayço Traykov ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 mart 2026 352 baxış
Seçilmişlər
icon