Pleyeri seçin:

İlham Əliyevin Münxendə Bolqarıstan Prezidenti ilə görüşündə nələr danışıldı? - Baku TV

14 fevral 2026 468 baxış

Prezident İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşüb.

Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirib.

İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq buna görə minnətdarlığını ifadə edib.

O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Hökuməti ilə Bolqarıstan Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində "Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında sazişin imzalanması məmnunluqla qeyd olunub.

Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.

Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirilib.

Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR

Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR

Siyasət
18 sentyabr 2026 468 baxış
Prezidentin Şamaxıya səfərinin yekunları

Prezidentin Şamaxıya səfərinin yekunları

Siyasət
18 sentyabr 2026 468 baxış
Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV

Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV

Siyasət
18 sentyabr 2026 468 baxış
Makron–Paşinyan xətti aktivləşdi: regionda yeni oyun başlayır? - AKTUAL GÜNDƏM

Makron–Paşinyan xətti aktivləşdi: regionda yeni oyun başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
18 sentyabr 2026 468 baxış
İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI

İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI

Siyasət
18 sentyabr 2026 468 baxış
İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR

İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR

Siyasət
18 sentyabr 2026 468 baxış
Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV

Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV

Siyasət
18 sentyabr 2026 468 baxış
"BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV

"BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 468 baxış
Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV

Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV

Siyasət
17 sentyabr 2026 468 baxış
"Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV

"Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 468 baxış
Seçilmişlər
icon