Pleyeri seçin:

"Equinor" payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırdı

25 iyul 2024 314 baxış

Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi layihəsində 50% payının SOCAR-a satılması üzrə sövdələşməni başa çatdırıb.

Bu barədə “Equinor” şirkətindən məlumat verilib.

“SOCAR-a “Qarabağ” layihəsində 50% payın satışı üzrə sövdələşmə 2024-cü il aprelin 24-də başa çatıb”, – şirkətin materiallarında bildirilib.

Eyni zamanda “Equinor” 2024-cü ilin sonuna qədər “Azəri-Çıraq-Günəşli” yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işlənməsi layihələrindəki paylarının satışı üzrə sövdələşməni tamamlamağı planlaşdırdığını qeyd edir.

Norveç şirkəti xatırladıb ki, 2023-cü il dekabrın 22-də SOCAR-la “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan və “Qarabağ” layihələri də daxil olmaqla Azərbaycandakı portfelinin satışına dair Saziş imzalayıb.

Qeyd edək ki, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27%, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8,71%, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50%-i satıb. Sövdələşmədən əvvəl SOCAR-ın AÇG-də iştirak payı 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.

“Qarabağ” yatağı Bakıdan 130 km şərqdə yerləşir. Müqavilə sahəsi 16 milyon ton neft və 28 milyard kubmetr qaz ehtiyatına malikdir. Burada dənizin dərinliyi 180 metrdir.

Banner
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 314 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 314 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 314 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 314 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 314 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 314 baxış
Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 314 baxış
“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 314 baxış
Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 314 baxış
251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 314 baxış
Seçilmişlər
icon