Pleyeri seçin:
"Petkim" kompleksi Türkiyədə növbəti dəfə birinci oldu
SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksi 2024-cü ildə Egey İxracatçı Birlikləri tərəfindən “İxracatın ulduzları” siyahısında növbəti dəfə birinci yerə layiq görülüb.
Bu barədə “SOCAR Türkiyə” şirkəti məlumat yayıb.
Bildirilib ki, “Petkim” həm ümumi sıralamada, həm də kimya sektoru kateqoriyasında 2024-cü ildə də lider olub. Mükafat “Petkim”in Baş direktoru Kənan Mirzəyevə təqdim edilib.
Qeyd edək ki, “SOCAR Türkiyə” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, etilen, polietilen və digər neft-kimya məhsulları istehsal edilir.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
