Ramiz Mehdiyevin bankı neçə milyona satıldı?
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailə bankı olan “Bank BTB” satışa çıxarılıb.
“Baku Post”un məlumatına görə, Ramiz Mehdiyevin oğlunun satışa çıxardığı banka artıq müştəri də tapılıb. Hətta onların arasında bankın 15 milyon manata satılması barədə razılıq əldə olunub. Lakin Ramiz Mehdiyevin bankı satın almaq istəyən şəxsdən onunla da razılaşmağı tələb etdiyi bildirilib. Bu səbəbdən sövdələşmənin hələ yekunlaşmadığı deyilir. Xatırladaq ki, 2022-ci ilin yekun hesabatına görə, ziyanla işləyən banklar arasında artıq bağlanmış “Günay Bank”la yanaşı, “Muğanbank” və “Bank BTB”nin də adı çəkilib.
Qeyd olunub ki, ötən il bankın ziyanı 5 milyon manat təşkil edib. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəətinin 16 milyon 653 min manat azaldığı və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşdüyü barədə xəbərlər yayılmışdı.
#Ramiz Mehdiyev teqi istifadə olunub
- Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini axtarışa verildi - Baku TV CANLI
- Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini axtarışa verildi - Baku TV
- Son dəqiqə: Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi - Baku TV
- Sensasiyalı plan | Ramiz Mehdiyev oğlunu niyə tez-tez Patruşevlə görüşdürürmüş? - Baku TV
- Prezident İlham Əliyev Ramiz Mehdiyevin oğlu barədə sərəncam imzaladı - CANLI
