Pleyeri seçin:
Rövşən Nəcəf Seita Hagihara ilə görüşdü | Nələr müzakirə edildi?
Dövlət Neft Şirkəti və “Yokogawa Electric” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə SOCAR məlumat verib.
Məlumata görə, sənəd SOCAR prezidenti Rövşən Nəcəf və “Yokogawa Europe B.V.”nin prezidenti, eləcə də “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara arasında baş tutan görüşdə imzalanıb.
Memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaq.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- SOCAR-da kütləvi ixtisarların olması ilə bağlı yayılan xəbərlər barədə rəsmi açıqlama - Baku TV
- Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçiriləcək - Baku TV
- SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətinə başlamasından 5 il ötür - Baku TV
- Quba-Xəzəryanı regionunda 2D seysmik kəşfiyyat işləri planlaşdırılır - Baku TV
- Süni intellekt əsaslı həllər istehsalın və təbii qazdan istifadənin səmərəliliyini artırıb - Baku TV
