Pleyeri seçin:

Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

18 iyun 2026 371 baxış

İyunun 16-da Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün keçirilən silsilə məlumatlandırma sessiyalarının iştirakçılarının “Neft Daşları”na səfəri təşkil olunub.

Media nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Ulu öndərin adını daşıyan muzeylə tanış olan nümayəndə heyətinə ümummilli liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar barədə məlumat verilib.

Gənc jurnalistlər həmçinin “Neft Daşları”nın keçmiş və hazırkı dövrünü əks etdirən fotostend və Qaz-turbin İstilik Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olublar. Onlara dünyada açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu, onun tarixi və istismar dövrü, Xəzərdə ilk insansız platforma olan “Abşeron” İlkin Hasilat Sxeminin “Neft Daşları”ndakı Mərkəzi İdarəetmə Otağı barədə məlumat verilib.

Sonra növbəti məlumatlandırma sessiyası keçirilib. Sessiyada gənc jurnalistlərə SOCAR-ın kəşfiyyat, işlənmə və hasilat əməliyyatları, əldə olunan uğurlar və gələcək hədəflərlə bağlı ətraflı məlumat verilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Banner
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 371 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 371 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 371 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 371 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 371 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 371 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 371 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 371 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 371 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 371 baxış
Seçilmişlər
icon