Şirkətin fəaliyyət istiqamətləri və beynəlxalq layihələr haqqında təqdimatlar olub - Baku TV
“Bakı Enerji Həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan italiyalı jurnalistlər qrupu üçün SOCAR-da məlumatlandırma sessiyası təşkil olunub.
Qonaqlar əvvəlcə “Azərbaycan Nefti” sərgisi ilə tanış olub, ölkəmizin zəngin neft tarixi və dünya neft sənayesinin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat əldə ediblər.
Sessiya zamanı SOCAR-ın mətbuat katibi Emin Sevdimalıyev şirkətin fəaliyyət istiqamətləri və beynəlxalq layihələri haqqında təqdimatla çıxış edib.
Daha sonra SOCAR-ın vitse-prezidenti Anar Məmmədov şirkətin emal və neft-kimya sahəsində çoxşaxəli fəaliyyəti, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı roldan bəhs edib, həmçinin Azərbaycan-İtaliya arasında mövcud olan uzunmüddətli strateji tərəfdaşlığı vurğulayıb. Bu çərçivədə “Italiana Petroli” şirkətinin fəaliyyəti və gələcək inkişaf perspektivləri barədə danışıb.
Görüşdə həmçinin müxtəlif istiqamətlərdə fikir mübadiləsi aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
#SOCAR teqi istifadə olunub
- SOCAR-ın vitse-prezidenti və Jörgen Sandström arasında mühüm görüş keçirilib - Baku TV
- SOCAR və “SOCAR Türkiyə”nin pavilyonları ziyarət olunub - Baku TV
- Rövşən Nəcəf "INPEX" şirkətinin baş vitse-prezidenti ilə görüşüb - Baku TV
- SOCAR "SLB" ilə əməkdaşlığın inkişafını müzakirə edib - Baku TV
- SOCAR ilə "Boston Consulting Group" arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb - Baku TV
