SOCAR-dan mühüm addım | İnkişaf proqramının əsas üstünlükləri nələrdir?
SOCAR-da rəhbər heyətin liderlik səriştələrinin inkişafı məqsədilə “Franklin Covey Eğitim və Danışmanlık” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Enerji Liderləri” inkişaf proqramı hazırlanıb.
Liderlik səriştə modeli, tədqiqat və fokus qruplar əsasında formalaşdırılan və 9 moduldan ibarət olan proqramın əsas üstünlüyü təlimlərin SOCAR-da hazırlanan daxili təlimçilər tərəfindən keçirilməsidir.
Daha öncə strateji rəhbərlərin inkişaf proqramında iştirak edən 25 əməkdaş “Təlimçilər üçün təlim” proqramını uğurla başa vuraraq bu prosesə cəlb olunub. 2000-dən çox rəhbər üçün nəzərdə tutulan proqramda artıq 180-dən çox qrup üzrə təlim keçirilib və hazırda proses uğurla davam edir.
“Enerji Liderləri” proqramı müasir idarəetmə çağırışlarına proaktiv yanaşma ilə cavab verən, şirkətdaxili bilik və təcrübəni dayanıqlı dəyərə çevirən strateji təşəbbüsdür.
#SOCAR teqi istifadə olunub
- SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını dəyərləndirib - Baku TV
- "Süni zəka ilə bağlı qanunvericilik genişləndirilməlidir" | Məmməd Əlizadə - Baku TV
- Rövşən Nəcəf Macarıstan və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb - Baku TV
- SOCAR-ın aktivləri cari ilin I yarısında bu qədər oldu - Baku TV
- Kibertəhlükəsizlik sahəsində hansı işlər görülür? | Nazir müavinindən açıqlama - Baku TV
