Pleyeri seçin:

SOCAR istiqrazlarının 10-cu kupon ödənişi nəticəsində qazanılan ümumi gəlirini açıqladı

03 may 2024 378 baxış

Nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 % olan və faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının növbəti kupon ödənişi mayın 1-də həyata keçirilib.

“SOCAR Capital”dan verilən məlumata görə, SOCAR İstiqrazları 10-cu kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb və istiqraz sahiblərinin qazancı 11 milyon 250 min ABŞ dollarına yüksəlib.

Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən bugünədək SOCAR İstiqrazları ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub. 2016-cı və 2021-ci illərdə emissiya edilən SOCAR İstiqrazları 2016-cı ildən indiyədək investorlarına ümumilikdə 36 milyon ABŞ dollarından çox gəlir qazandırıb.

Emissiya olunduğu 30 aylıq müddət ərzində təkrar bazar əməliyyatları üzrə ticarət həcminin 40 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının 700-ü ötməsi 2-ci SOCAR İstiqrazlarına olan yüksək tələbatın təzahürüdür.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyəri 1 000 ABŞ dollarından aşağı düşməyib.

SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 2024-cü il avqustun 1-də baş tutacaq.

SOCAR gənc media nümayəndələri üçün sessiya təşkil etdi | Hansı məlumatlar verildi? - Baku TV

SOCAR gənc media nümayəndələri üçün sessiya təşkil etdi | Hansı məlumatlar verildi? - Baku TV

İqtisadiyyat
24 iyun 2026 378 baxış
Azərbaycanın qlobal İslam maliyyəsi bazarına inteqrasiyasında sukukun rolu - Baku TV

Azərbaycanın qlobal İslam maliyyəsi bazarına inteqrasiyasında sukukun rolu - Baku TV

İqtisadiyyat
24 iyun 2026 378 baxış
Mövzu "Ağıllı şəhərsalma və sənaye həlləri"ni əhatə edəcək - Baku TV

Mövzu "Ağıllı şəhərsalma və sənaye həlləri"ni əhatə edəcək - Baku TV

İqtisadiyyat
24 iyun 2026 378 baxış
Bakıda 300-dən çox biznes lideri bir araya gəldi - Baku TV

Bakıda 300-dən çox biznes lideri bir araya gəldi - Baku TV

İqtisadiyyat
24 iyun 2026 378 baxış
Azərbaycanda halal iqtisadiyyatın perspektivləri | Hansı sahələrdə imkanlar mövcuddur? - Baku TV

Azərbaycanda halal iqtisadiyyatın perspektivləri | Hansı sahələrdə imkanlar mövcuddur? - Baku TV

İqtisadiyyat
23 iyun 2026 378 baxış
Azərbaycanda karbamid istehsalı azalıb | Dövlət Statistika Komitəsinin son hesabatı - Baku TV

Azərbaycanda karbamid istehsalı azalıb | Dövlət Statistika Komitəsinin son hesabatı - Baku TV

İqtisadiyyat
22 iyun 2026 378 baxış
İİB qrupunun 51-ci illik toplantıları başa çatıb - Baku TV

İİB qrupunun 51-ci illik toplantıları başa çatıb - Baku TV

İqtisadiyyat
20 iyun 2026 378 baxış
"SOCAR Green" "yol xəritəsi" hazırlayıb - Baku TV

"SOCAR Green" "yol xəritəsi" hazırlayıb - Baku TV

İqtisadiyyat
19 iyun 2026 378 baxış
"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

İqtisadiyyat
18 iyun 2026 378 baxış
Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

İqtisadiyyat
18 iyun 2026 378 baxış
Seçilmişlər
icon