Pleyeri seçin:

SOCAR və BP-nin əməkdaşlıqları müzakirə olundu

13 mart 2024 183 baxış

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla görüşüblər.

İqtisadiyyat naziri BP şirkəti ilə uzunmüddətli və səmərəli əməkdaşlığın qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb. BP-nin Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində xüsusi rolu qeyd edilib.

Görüşdə tərəfdaşlığın inkişaf etdirilməsi imkanları, ölkəmizdə “yaşıl” enerji növlərinə keçidlə bağlı reallaşdırılan layihələr barədə məlumat verilib, işğaldan azad olunmuş Cəbrayıl rayonunda bu il BP tərəfindən inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

M.Aukinklos BP-nin SOCAR-la uzunmüddətli işbirliyinin daha da möhkəmlənəcəyinə əmin olduğunu ifadə edib. Bildirilib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına verdiyi önəmin göstəricisidir.

Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın nəticələri, eləcə də birgə fəaliyyətin “yaşıl” enerjiyə keçid, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Rövşən Nəcəf Macarıstan və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb - Baku TV

Rövşən Nəcəf Macarıstan və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb - Baku TV

İqtisadiyyat
11 dekabr 2025 183 baxış
“SOCAR Downstream Management”in baş direktoru emal müəssisələrində görülən tədbirlərdən danışdı

“SOCAR Downstream Management”in baş direktoru emal müəssisələrində görülən tədbirlərdən danışdı

İqtisadiyyat
10 dekabr 2025 183 baxış
Məşğul əhalinin 45,3 faizi kiçik və orta biznes subyektlərində çalışır

Məşğul əhalinin 45,3 faizi kiçik və orta biznes subyektlərində çalışır

İqtisadiyyat
10 dekabr 2025 183 baxış
SOCAR-ın aktivləri cari ilin I yarısında bu qədər oldu - Baku TV

SOCAR-ın aktivləri cari ilin I yarısında bu qədər oldu - Baku TV

İqtisadiyyat
10 dekabr 2025 183 baxış
Sosialyönümlü xərclər nə qədər nəzərdə tutulub?

Sosialyönümlü xərclər nə qədər nəzərdə tutulub?

İqtisadiyyat
09 dekabr 2025 183 baxış
Baş nazir dövlət xərclərinin prioritet istiqamətlərini açıqladı - Baku TV

Baş nazir dövlət xərclərinin prioritet istiqamətlərini açıqladı - Baku TV

İqtisadiyyat
09 dekabr 2025 183 baxış
Baş nazir müxtəlif sahələr üzrə inkişaf dinamikasını açıqladı

Baş nazir müxtəlif sahələr üzrə inkişaf dinamikasını açıqladı

İqtisadiyyat
09 dekabr 2025 183 baxış
8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur | Prezident - Baku TV

8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur | Prezident - Baku TV

İqtisadiyyat
09 dekabr 2025 183 baxış
İstiqraz sahiblərinə edilən ödənişin miqdarı açıqlandı - Baku TV

İstiqraz sahiblərinə edilən ödənişin miqdarı açıqlandı - Baku TV

İqtisadiyyat
09 dekabr 2025 183 baxış
"Microsoft"un "SOCAR Hackathon 2025"də iştirakı hansı müsbət təsirləri göstərəcək? - Baku TV

"Microsoft"un "SOCAR Hackathon 2025"də iştirakı hansı müsbət təsirləri göstərəcək? - Baku TV

İqtisadiyyat
08 dekabr 2025 183 baxış
Seçilmişlər
icon