SOCAR və “UCC Holding” enerji sahəsində anlaşma memorandumları imzaladılar
SOCAR ilə “UCC Holding” arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumları imzalanıb.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, “UCC Holding”in sədri Moutaz əl-Xayyatın və digər yüksək səviyyəli rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə sənədləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və “UCC Holding”in prezidenti Ramez əl-Xayyat imzalayıblar.
Anlaşma memorandumları enerji dəyər zəncirinin bütün istiqamətləri, o cümlədən neftin və qazın kəşfiyyatı, hasilatı, nəqliyyat və saxlanma infrastrukturunun inkişafı, emal və neft-kimya layihələri, xam neft, neft məhsulları və aviasiya yanacağının ticarəti və təchizatı, həmçinin yüksək səmərəliliyə malik kombinə edilmiş qaz turbinli elektrik stansiyalarının tikintisi sahələri üzrə əməkdaşlığı əhatə edir.
Azərbaycan və Qətər hökumətlərinin dəstəyi ilə Suriya Ərəb Respublikasında enerji sektorunun bərpasının sürətləndirilməsinə dair imzalanmış sənəd Suriyanın ümumi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Tərəfdaşlıq Suriyanın əsas enerji infrastrukturunun müasir təcrübələr və standartlar əsasında yenidən qurulmasına töhfə verəcək.
Şirkətlər arasında imzalanmış ikinci sənəd isə SOCAR və “UCC Holding”in digər ölkələrdə əməkdaşlığını və beynəlxalq enerji bazarlarında birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
#SOCAR teqi istifadə olunub
- SOCAR-ın sturukturuna qoşularaq Avropa enerji bazarındakı mövqeyini gücləndirib - Baku TV
- SOCAR rəsmisi “Enerji Liderləri” panelində iştirak edib - Baku TV
- Rövşən Nəcəf San-Marinonun nümayəndə heyəti ilə qaz tədarükünü müzakirə edib - Baku TV
- SOCAR-ın nümayəndələri və gənc mühəndislər tədbirdə iştirak edib - Baku TV
- SOCAR-ın "EKOL Mühəndislik Xidmətləri" nin səhmlərindəki payı 100 faizə çatdı - Baku TV
