Tranzit ölkəyə çevrilən Azərbaycanın ticarət limanı genişləndirilir
Yeniliklərdən dərhal xəbərdar olun
“Bir kəmər, bir yol” layihəsinə qoşularkən bizim artıq hazır infrastrukturumuz var idi. İndi biz sadəcə texniki imkanları artırırıq”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.
Şərqdən-Qərbə daşınan yüklərin həcminin artmasının yükaşırma baxımından problemlər yaradacağını vurğulayan dövlət başçısı hazırda dəniz ticarət limanımızın imkanlarının 25 milyon tona artırıldığını qeyd edib.
Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olmağımıza baxmayaraq, yeni tanker və yük gəmilərinin inşa edildiyini bildirən Prezident İlham Əliyev vurğulayıb:
“İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır”.
#İlham Əliyev teqi istifadə olunub
- Baş nazir Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi - Baku TV
- İlham Əliyev və Estoniyanın xarici işlər naziri nələri müzakirə etdi? - Baku TV
- Litva Azərbaycan-Avropa İttifaqı münasibətlərinin i̇nkişafına dəstək göstərəcək - Baku TV
- Prezident İlham Əliyev Maka Boçorişvili ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- Monteneqronun Baş naziri Miloyko Spayiç Prezident İlham Əliyevin qəbulunda - Baku TV
