Pleyeri seçin:

Vyetnamdakı konfransda əsas mövzu | Pərviz Şahbazov forumda çıxış etdi

16 iyul 2025 503 baxış

Hanoyda Azərbaycan-Vyetnam birinci biznes şurası və biznes-forumu keçirilib.

Forumun açılışında Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Nquyen Hoanq Lonq Azərbaycanın Qafgaz regionunda Vyetnamın ilk strateji tərəfdaşı olduğunu bildirib.

Onun sözlərinə görə, bu da ölkələrimiz arasında dərin siyasi etimadı və əməkdaşlıq üçün geniş potensialı əks etdirir.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə çıxışında diqqəti ölkə iqtisadiyyatının şaxələndirmə mərhələsinə qədəm qoymasına yönəldərək xarici investorlar üçün rəqabətədavamlı və sabit mühit formalaşdırıldığını vurğulayıb:

“Vyetnam şirkətləri üçün Azərbaycan yalnız 10 milyonluq daxili bazar deyil, həmçinin Qafqaz, Mərkəzi Asiya və Avropa regionlarına çıxış üçün strateji qapıdır. Eyni zamanda Azərbaycan şirkətləri üçün Vyetnam sürətlə inkişaf edən, innovasiyalara açıq və strateji əhəmiyyət kəsb edən Asiya bazarıdır.

Sahibkarları Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa, qarşılıqlı biznes missiyaları təşkil etməyə, mövcud imkanlardan faydalanmağa, birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət edirik”.

Biznes şurası və forum İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Vyetnam Milli Sahibkarlıq Assosiasiyası və hər iki ölkənin şirkətlərinin iştirakı ilə panel müzakirələri və işgüzar görüşlərlə davam edib.

SOCAR-ın sturukturuna qoşularaq Avropa enerji bazarındakı mövqeyini gücləndirib - Baku TV

SOCAR-ın sturukturuna qoşularaq Avropa enerji bazarındakı mövqeyini gücləndirib - Baku TV

İqtisadiyyat
09 may 2026 503 baxış
Təhsil, sosial və digər infrastruktur layihələri ilə yaxından tanışlıq olub - Baku TV

Təhsil, sosial və digər infrastruktur layihələri ilə yaxından tanışlıq olub - Baku TV

İqtisadiyyat
09 may 2026 503 baxış
Mərkəzi Bankın faizlər haqqında qərarı nələrlə bağlıdır? - Baku TV

Mərkəzi Bankın faizlər haqqında qərarı nələrlə bağlıdır? - Baku TV

İqtisadiyyat
08 may 2026 503 baxış
SOCAR rəsmisi “Enerji Liderləri” panelində iştirak edib - Baku TV

SOCAR rəsmisi “Enerji Liderləri” panelində iştirak edib - Baku TV

İqtisadiyyat
08 may 2026 503 baxış
Rövşən Nəcəf San-Marinonun nümayəndə heyəti ilə qaz tədarükünü müzakirə edib - Baku TV

Rövşən Nəcəf San-Marinonun nümayəndə heyəti ilə qaz tədarükünü müzakirə edib - Baku TV

İqtisadiyyat
08 may 2026 503 baxış
SOCAR-ın nümayəndələri və gənc mühəndislər tədbirdə iştirak edib - Baku TV

SOCAR-ın nümayəndələri və gənc mühəndislər tədbirdə iştirak edib - Baku TV

İqtisadiyyat
07 may 2026 503 baxış
Fermerlərə nə qədər əkin subsidiyası verilib? - Nazir görülən işlərdən danışdı - Baku TV

Fermerlərə nə qədər əkin subsidiyası verilib? - Nazir görülən işlərdən danışdı - Baku TV

İqtisadiyyat
06 may 2026 503 baxış
“Fəlakətlərin sayı 5 dəfə artıb” | İqlim dəyişikliyinin aqrar sektora təsirləri - Baku TV

“Fəlakətlərin sayı 5 dəfə artıb” | İqlim dəyişikliyinin aqrar sektora təsirləri - Baku TV

İqtisadiyyat
06 may 2026 503 baxış
İnflyasiya faizləri açıqlandı | Hazırkı vəziyyət və gözləntilər necədir? - Baku TV

İnflyasiya faizləri açıqlandı | Hazırkı vəziyyət və gözləntilər necədir? - Baku TV

İqtisadiyyat
06 may 2026 503 baxış
Bir sıra bitkilər üzrə məhsul subsidiyası veriləcək

Bir sıra bitkilər üzrə məhsul subsidiyası veriləcək

İqtisadiyyat
06 may 2026 503 baxış
Seçilmişlər
icon