Pleyeri seçin:

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi

25 dekabr 2023 452 baxış

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Türk dünyasının beyin mərkəzləri Bakıda bir araya gəldi - Baku TV

Türk dünyasının beyin mərkəzləri Bakıda bir araya gəldi - Baku TV

Siyasət
16 sentyabr 2026 452 baxış
Prezidentdən Türk dünyasının dini liderlərinə mühüm mesajlar - Baku TV CANLI

Prezidentdən Türk dünyasının dini liderlərinə mühüm mesajlar - Baku TV CANLI

Siyasət
16 sentyabr 2026 452 baxış
Türk dünyası və İslam aləmi bir olsa, bizə heç kim toxuna bilməz | İlham Əliyev - Baku TV

Türk dünyası və İslam aləmi bir olsa, bizə heç kim toxuna bilməz | İlham Əliyev - Baku TV

Siyasət
16 sentyabr 2026 452 baxış
Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR

Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR

Siyasət
16 sentyabr 2026 452 baxış
Hakan Fidan Bakı-Tbilisi-Qars yolunun önəmini vurğuladı - Baku TV

Hakan Fidan Bakı-Tbilisi-Qars yolunun önəmini vurğuladı - Baku TV

Siyasət
16 sentyabr 2026 452 baxış
XİN rəhbərlərinin mətbuat konfransı | "Bir millət, iki dövlət prinsipi ilə..." - Baku TV

XİN rəhbərlərinin mətbuat konfransı | "Bir millət, iki dövlət prinsipi ilə..." - Baku TV

Siyasət
16 sentyabr 2026 452 baxış
"Biz bir il bir aydır sülh şəraitində yaşayırıq" | İlham Əliyev - Baku TV

"Biz bir il bir aydır sülh şəraitində yaşayırıq" | İlham Əliyev - Baku TV

Siyasət
15 sentyabr 2026 452 baxış
"Hamımız birliyə çalışmalıyıq" | İlham Əliyevdən İslam dünyasına çağırış - Baku TV

"Hamımız birliyə çalışmalıyıq" | İlham Əliyevdən İslam dünyasına çağırış - Baku TV

Siyasət
15 sentyabr 2026 452 baxış
"Bizim birliyimiz hər birimizi gücləndirəcək" | Prezidentdən birlik mesajı - Baku TV

"Bizim birliyimiz hər birimizi gücləndirəcək" | Prezidentdən birlik mesajı - Baku TV

Siyasət
15 sentyabr 2026 452 baxış
"Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib" | İlham Əliyev - Baku TV

"Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib" | İlham Əliyev - Baku TV

Siyasət
15 sentyabr 2026 452 baxış
Seçilmişlər
icon