3 ölkənin enerji tərəfdaşlığı | Prezident Çin və İtaliya ilə əməkdaşlıqdan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“8 Noyabr” Elektrik Stansiyasının ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var”.
Bu sözləri Prezident İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı söyləyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan energetikləri ilə birlikdə bu layihə qısa müddətdə reallaşdırılıb.
Prezidentin sözlərinə görə, həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşıdır:
“Strateji tərəfdaşlıq haqqında İtaliya, həmçinin Çinlə iki bəyannamə imzalanıb. Mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib”.
İlham Əliyev qeyd edib ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır, Çin isə əsas ticarət tərəfdaşları sırasında ön sıralarda qərarlaşıb:
“Biz İtaliya ilə xam neft və təbii qaz sahəsində uzunmüddətli əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq”.
Prezident əlavə edib ki, aprel ayında Çinə etdiyi dövlət səfəri zamanı bu istiqamətdə vacib razılaşmalar əldə olunub:
“Azərbaycanda hazırda qurulan yeni Günəş elektrik stansiyalarının avadanlıqları əsasən Çin şirkətləri tərəfindən təmin edilir”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib - ƏSAS XƏBƏR
- İlham Əliyev Vyetnam Sosialist Respublikasına rəsmi səfər edib - Baku TV
- Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu | Prezidentdən sərəncam - Baku TV
- Bakı və Tbilisi arasında strateji bağlantılar | Birgə həyata keçirilən layihələr genişlənir
- İlham Əliyev Almaniyanın xarici işlər naziri Yohan David Vadefulla nələri müzakirə etdi? - Baku TV
