Siyasət
Pleyeri seçin:

Abramyandan iddia: sülhün baş tutmasına nə mane olur?

05 oktyabr 2023

“Son günlər sülh sazişinin imzalanması ilə bağlı gözləntilər var idi. Bir çox insanlarda belə bir təəssürat yaranırdı ki, Qarabağ Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasında problemdir. Azərbaycanın güc tətbiqindən sonra bu məsələ, əslində, həll olundu. Reallıqda isə sülh müqaviləsinə əngəl təkcə Qarabağın itirilməsi ilə bitmir”.

Bunu Ermənistan parlamentinin müxalif “Mənim şərəfim” blokunun lideri Tiqran Abramyan bildirib.

“Ermənistan-Azərbaycan münasibətlərində gərginlik yaradan və təbii olaraq bu sazişin imzalanmasına mane olan xeyli sayda problemlər var. Birinci problem demarkasiya və delimitasiya ilə bağlı prosesdir, Ermənistan və Azərbaycanda yanaşmalar tamamilə fərqlidir. İkinci problem kommunikasiya əlaqələri ilə bağlıdır: Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” layihəsinin reallaşdırılması. Bu mövzu həm də sülh müqaviləsinin mümkün imzalanmasına böyük maneələr yaradır. Biz reallıqda hansı maneələrin olduğunu bilirik”, – T.Abramyan qeyd edib.

Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etdikdən sonra hazırda Ermənistanda daxili auditoriyaya ünvanlanmış informasiya siyasətində də ciddi dəyişiklik hiss olunur. Əsas təbliğat ondan ibarətdir ki, Qarabağ mövzusu artıq bitib və bu mövzu Ermənistanda daxili siyasi mübarizənin arqumenti olmamalıdır.

Şuşada səsvermədən görüntülər | 47 saylı məntəqədə proses necə gedir?

Şuşada səsvermədən görüntülər | 47 saylı məntəqədə proses necə gedir?

Siyasət
01 sentyabr 2024
Xankəndidə tarixi anlar | Parlament seçkisi ilə bağlı səsvermə başlayıb

Xankəndidə tarixi anlar | Parlament seçkisi ilə bağlı səsvermə başlayıb

Siyasət
01 sentyabr 2024
Bölgədə gərgin proseslər baş verəcək | Yeni parlament niyə zəruridir?

Bölgədə gərgin proseslər baş verəcək | Yeni parlament niyə zəruridir?

Siyasət
01 sentyabr 2024
Məzahir Pənahovdan parlament seçkilərinin başlaması ilə bağlı açıqlamalar

Məzahir Pənahovdan parlament seçkilərinin başlaması ilə bağlı açıqlamalar

Siyasət
01 sentyabr 2024
Ən gənc namizədin neçə yaşı var? - Müşahidəçilərin sayı açıqlandı

Ən gənc namizədin neçə yaşı var? - Müşahidəçilərin sayı açıqlandı

Siyasət
01 sentyabr 2024
Milli Məclisə deputatlar necə seçilir? | Maraqlı məlumatlar

Milli Məclisə deputatlar necə seçilir? | Maraqlı məlumatlar

Siyasət
01 sentyabr 2024
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Siyasət
01 sentyabr 2024
Mehriban Əliyeva gümüş medal qazanan Raman Saleyi ilə bağlı paylaşım etdi

Mehriban Əliyeva gümüş medal qazanan Raman Saleyi ilə bağlı paylaşım etdi

Siyasət
31 avqust 2024
XİN-dən Paşinyanın əsassız iddialarına cavab | Ermənistan sülhə ciddi yanaşdığını belə göstərməlidir

XİN-dən Paşinyanın əsassız iddialarına cavab | Ermənistan sülhə ciddi yanaşdığını belə göstərməlidir

Siyasət
31 avqust 2024
Bu hərəkətin qeyri-ciddi olduğunu hər kəs bilir | Ayxan Hacızadə Ermənistana cavabını verdi

Bu hərəkətin qeyri-ciddi olduğunu hər kəs bilir | Ayxan Hacızadə Ermənistana cavabını verdi

Siyasət
31 avqust 2024
Seçilmişlər
icon