Ukrayna yüksək keyfiyyətli raketləri necə istehsal edir? Silahlar nə qədər effektivdir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Palyanitsia” Ukraynanın ənənəvi çörəyini belə adlandırırlar. Lakin bu adın qarın doyurmaqla az əlaqəsi var.
Ruslar bu sözü tələffüz edə bilmədiyi üçün savaş vaxtı ukraynalıları ruslardan ayırmaq məqsədilə ələ keçirilən rus hərbçilərindən “Palyanitsia” sözünün tələffüzü tələb olunurdu.
Hazırda “Palyanitsia” simvolik məna daşıyan və uzaq məsafələrə uçmaq qabiliyyətinə malik olan və yaxın vaxtlarda Ukraynanın istehsal edib, sınaqdan keçirdiyi raketin adıdır.
Ukrayna bu vaxta qədər müxtəlif ölkələrdən ballistik raketlərin alınması siyasəti yürüdürdüsə, artıq Kiyev bu istiqamətdə istehsal hədəfinə də çatıb.
Maraqlıdır, müharibə şəraitində olan bir ölkə iqtisadiyyatı çöküb, metallurgiya sənayesi dağılıb, çox ciddi enerji mənbəyi olan kömür bazaları müharibənin qızğın nöqtələri Donbas və Donetsk ərazilərində qalıb.
Bütün bu reallıqların fonunda Ukrayna yüksək texnologiyalı raketləri necə istehsal edə bilir?
Hərbi ekspert Ramil Məmmədli bildirib ki, təbii ki, məhdud imkanlar səviyyəsində bu həyata keçirilib:
“Əgər bu, Ukrayna ərazisində yaradılıbsa, ola bilər ki, hansısa Şərqi Avropa ölkəsində ukraynalı mühəndislərə şərait yaradılıb və onlar da bu məhsulun istehsalını həyata keçiriblər. Düşünürəm ki, bu məhz qeyd etdiyim ikinci faktor əsasında yaradılıb”.
#Ukrayna teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV
- Kiyev mümkün razılaşmalarla bağlı rəsmi təkliflərini ABŞ tərəfinə təqdim etdi - Baku TV CANLI
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
