ABŞ: "Azərbaycanla Qəzzaya əsgər göndərilməsi barədə danışıqlar pozitiv keçdi"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin BMT-dəki nümayəndəsi Mayk Uolts bildirib ki, Vaşinqton Qəzzaya stabilizasiya qüvvələrinin göndərilməsi ilə bağlı bir sıra ölkələrlə apardığı danışıqları yüksək qiymətləndirir.
Onun sözlərinə görə, Azərbaycan da bu dövlətlər arasında yer alıb.
Uolts bunları “Bloomberg” agentliyinin Sinqapurda keçirdiyi “Yeni İqtisadiyyat Forumu”nda çıxışı zamanı deyib.
“Bir çox ölkələr Qəzzaya əsgər göndərmək üçün BMT-nin təsdiqinə ehtiyac duyurdu. Azərbaycan, İndoneziya və digər dövlətlərlə çox pozitiv danışıqlar aparıldı”, – deyə o qeyd edib.
Rəsmi Vaşinqton hesab edir ki, xarici qüvvələrin Qəzzaya yerləşdirilməsi regionda sülhün təmin edilməsi, insani yardımın fasiləsiz ötürülməsi, eləcə də təhlükəsizliyin bərpası üçün vacib addım ola bilər. Hazırda tərəflər mümkün missiyanın formatını, hüquqi çərçivəsini və BMT mandatının məzmununu müzakirə edir.
#ABŞ teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM
- Zəngəzur dəhlizi risk altındadır
- “Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
