Siyasət
Pleyeri seçin:
ABŞ-də ilk: Bayden islamofobiya ilə mübarizə aparacaq
ABŞ Prezidentinin administrasiyası ölkə tarixində ilk dəfə islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayacağını açıqlayıb.
"Report"un ABŞ bürosu Dövlət Departamentinin sözçüsü Metyu Millerə bununla bağlı sual ünvanlayıb.
Sualda Ermənistanla müqayisədə Azərbaycana qarşı humanitar yardımların göstərilməsində edilən ayrı-seçkiliyin də islamafobiyanın əlaməti olduğu vurğulanıb.
Jurnalist eyni zamanda qəbul ediləcək mübarizə strategiyasının ölkənin xarici siyasətinə təsir edib-etməyəcəyini də soruşub. Sualı cavablandırmayan ABŞ Dövlət Departamentinin sözçüsü, jurnalistdən bu tipli sualları Ağ Evə yönləndirməsini xahiş edib.
Kopyalandı
Seçilmişlər