Siyasət
Pleyeri seçin:
ABŞ dövlət katibinin müavini COP29-da iştirak etmək üçün Azərbaycandadır
ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins COP29-da iştirak etmək üçün Azərbaycandadır.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"Görüşlərin ağır qrafikinə baxmayaraq, o, ölkənin zəngin mədəniyyəti və tarixi memarlığını yaxından görmək üçün İçərişəhərə qısa bir səfər edə bildi. O həmçinin yerli bal və pendir ilə ləzzətli Azərbaycan yeməklərini dadıb", – deyə paylaşımda deyilir.
Kopyalandı
Seçilmişlər