ABŞ-İran müharibəsi hansı dövlətlərə sərf edir? - ANALİTİK BAXIŞ
Yaxın Şərqdə barıt qoxusu kəskinləşir. Baku TV-nin "Siyasət" rubrikasında təqdim olunan "ABŞ-İran müharibəsi hansı dövlətlərə sərf edir?" başlıqlı analitik baxışda regionun və dünyanın aparıcı güclərinin gizli maraqları ifşa olunub. 2026-cı ilin mart ayında tərəflər arasında "məhdud hərbi əməliyyatlar"ın başlaması qlobal güc balansını yenidən formalaşdırır.
Məlumata əsasən, bu müharibənin əsas "benefisiarları" (fayda görənləri) qismində bir neçə dövlət çıxış edir. Videoda İsrailin regional təhlükəsizlik memarlığında İran amilini sıradan çıxarmaq istəyi, Rusiyanın diqqəti Ukrayna cəbhəsindən yayındırmaq planı və bəzi Körfəz ölkələrinin enerji bazarında payını artırmaq cəhdləri təhlil olunur. Ekspertlər qeyd edirlər ki, ABŞ-ın İrana birbaşa hərbi müdaxiləsi həm də Çinin "Bir kəmər, bir yol" layihəsinin mühüm quru dəhlizlərindən birini təhlükə altına atmaqla Pekinin iqtisadi ekspansiyasına zərbə vura bilər.
#ABŞ teqi istifadə olunub
- ABŞ hökumətindən Suriya ilə bağlı mühüm qərar | Dəməşqin adı bu siyahıdan çıxarıldı - Baku TV CANLI
- ABŞ İranla ticarət edən ölkələrə qarşı sanksiyaları yenidən genişləndirir - Baku TV CANLI
- Pezeşkiandan ABŞ-yə sərt mesaj: İran müqavimətini davam etdirəcək - Baku TV
- Pezeşkiandan ABŞ-yə sərt mesaj: ABŞ İranın süqut edəcəyini düşünürdü - Baku TV CANLI
- "İstənilən neft ixrac marşrutuna hücuma hazırıq" | İrandan sərt xəbərdarlıq
