Pleyeri seçin:

ABŞ-nin Azərbaycandakı səfiri 907-ci düzəlişdən danışdı

16 fevral 2024 373 baxış

"ABŞ Azadlığa Dəstək Aktına 907-ci düzəliş 30 il əvvəl qəbul edilmiş qanunun bir hissəsidir və Bakı ilə Vaşinqton arasında münasibətlərdə kiçik amildir".

"Trend"in məlumatına görə, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bu gün keçirilən mətbuat konfransında bildirib.

"30 il əvvəl mən bu işdə deyildim. Bu qanunvericiliyi düzəldə bilmərəm. Hər il biz müəyyən növ təhlükəsizlik yardımı göstərmək üçün 907-ci düzəlişdən yayınmağın lazım olub-olmadığı barədə düşünürük, amma bu hələ nəzərdən keçirilir. Onu da qeyd etməliyəm ki, 907 saylı düzəliş Azərbaycanla əməkdaşlıq üçün yeganə yol deyil. Mən hələ də bunun nə üçün inanılmaz dərəcədə vacib olduğunu tam başa düşə bilmirəm.

Bu münasibətlərimizin geniş spektri baxımından və Azərbaycanla qarşılıqlı fəaliyyətimiz baxımından bütün sahələrdə, mədəni, iqtisadi və hətta müəyyən dərəcədə təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından kiçik amildir. Bu, bəzi növ hərbi yardımları məhdudlaşdırır. Azərbaycanın ABŞ-nin hərbi yardımına ehtiyacının olub-olmadığını bilmirəm, çox güman ki, yoxdur", – ABŞ-nin Azərbaycandakı səfiri belə deyib.

Səfir qeyd edib ki, bu, iki ölkənin prioritetləri kontekstində diqqətlə nəzərdən keçirilməli olan məsələdir.

"Bu il bu məsələ ilə bağlı heç bir qərar verilməyib. Amma Azərbaycanla bağlı edə biləcəyimiz başqa işlər də var. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Ermənistanın da ərazi bütövlüyünü dəstəkləyirik. Ərazi bütövlüyü bizim əsas prinsipimiz olub", – Mark Libbi vurğulayıb.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 373 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 373 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 373 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 373 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 373 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 373 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 373 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 373 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 373 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 373 baxış
Seçilmişlər
icon