Pleyeri seçin:

ABŞ-nin İrana hücum riski | Qüdrət Həsənquliyev soydaşlarımızın narahatlığından danışdı

01 aprel 2025 768 baxış

ABŞ Prezidenti Donald Trampa İsrail dövlətinin və diasporunun güclü təsiri var. Həm İsrail, həm də ABŞ İran rəsmilərinin açıqlamalarına istinad edərək İranın nüvə dövlətinə çevrilməsini İsrailin mövcudluğuna ciddi təhlükə hesab edir.

Ona görə də bunun qarşısının alınması üçün ABŞ İranla ikitərəfli danışıqlar tələb edir. İran isə çoxtərəfli danışıqlara hazır olduğunu bildirsə də, ikitərəfli danışıqlara razılaşmır.

“Axar” xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, D.Tramp beynəlxalq birlik tərəfindən ABŞ-nin Ukraynada görünən gücsüzlüyünü ört-basdır etmək üçün İranı bombalaya bilər:

“İnanıram ki, bunun qarşısını almaq üçün Azərbaycan və Türkiyə İranın bizə münasibətindən asılı olmayaraq nələrsə etməyə çalışır. İranın bombalanması böyük maddi və insani tələfata, proqnozlaşdırılması çətin olan faciəvi hadisələrə yol aça bilər. Ona görə soydaşlarımızın da yaşadığı qonşu ölkədə baş verənlərə görə Azərbaycan vətəndaşlarının narahat olması başa düşüləndir.

İranın dini lideri müdriklik nümayiş etdirib Prezident Məsud Pezeşkianı müdafiə etməli, ABŞ ilə ikitərəfli danışıqlardan çəkinməməli, müharibədən yayınmalıdır. İran özünü haqlı sayırsa, danışıqların hansı formatda keçirilməsinin əhəmiyyəti yoxdur, danışıqlar beynəlxalq birlik üçün açıq həyata keçirilməlidir ki, ABŞ xalqı da kimin haqlı olduğunu görsün.

ABŞ 1994-cü ildə Ukraynanın nüvə silahından imtinası qarşılığında onun təhlükəsizliyinə dair çoxtərəfli Budapeşt memorandumunu imzalamışdı, daha doğrusu, Ukraynanı buna məcbur etmişdi. Nə oldu?

Öhdəliyini yerinə yetirməyəcəksə, sazişin neçə tərəfli olmasının heç bir dəyəri yoxdur. İndiki halda isə nəticəsi bəlli olan döyüşə girmək qəhrəmanlıq sayılmaz”.

Partiya sədrinin sözlərinə görə, ABŞ hərbi müdaxilə ilə İranda hakimiyyəti dəyişib ərəb ölkələrindəki kimi özünə yaxın bir rejim yaratmağı düşünə bilər:

“Tarix sübut etdi ki, qanlı və ya rəngli inqilablar yolu ilə baş verən rejim dəyişiklikləri xalqların ümidlərini bir qayda olaraq nəinki doğrultmur, hətta böyük xəyal qırıqlığına uğradır, xalqın özünə inamını sarsıdır.

Cəmiyyətin inkişafı, təkamül yolu demokratik seçkilərə və bu yolla rejim dəyişikliyinə gətirib çıxarmalıdır. ABŞ İraqı, Əfqanıstanı işğal edib trilyonlarla dollar vəsait xərcləsə də, onilliklər ərzində həmin ölkələrdə demokratik, hüquqi dövlət qura bilmədi. Proseslərin necə inkişaf edəcəyini indidən söyləmək çətindir.

Ümid edək ki, İran dövləti daxili və xarici siyasətində dəyişikliklərə və beləliklə də, orada yaşayan xalqların inkişafına və rifahına yol açacaq ciddi islahatlara gedəcək, müharibədən və inqilablardan yayınmaq mümkün olacaq”.

Tehrandan Xəzər mesajı | Sahilyanı olmayan dövlətlərə hərbi qadağa - Baku TV CANLI

Tehrandan Xəzər mesajı | Sahilyanı olmayan dövlətlərə hərbi qadağa - Baku TV CANLI

Siyasət
11 avqust 2026 768 baxış
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvanda hərbi mərasimdə iştirak ediblər - Baku TV

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvanda hərbi mərasimdə iştirak ediblər - Baku TV

Siyasət
11 avqust 2026 768 baxış
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak edib - Baku TV

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak edib - Baku TV

Siyasət
11 avqust 2026 768 baxış
Prezident İlham Əliyev və Mehriban Əliyeva görülən işlərlə tanış olub - Baku TV

Prezident İlham Əliyev və Mehriban Əliyeva görülən işlərlə tanış olub - Baku TV

Siyasət
11 avqust 2026 768 baxış
Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub - Baku TV

Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub - Baku TV

Siyasət
11 avqust 2026 768 baxış
Prezident və birinci xanım Naxçıvandakı Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar

Prezident və birinci xanım Naxçıvandakı Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar

Siyasət
11 avqust 2026 768 baxış
Naxçıvan məsələsində gözlənilməz həll: ABŞ-dən yeni açıqlama - Baku TV CANLI

Naxçıvan məsələsində gözlənilməz həll: ABŞ-dən yeni açıqlama - Baku TV CANLI

Siyasət
11 avqust 2026 768 baxış
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV

Siyasət
11 avqust 2026 768 baxış
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvana səfərə gəliblər - ANA XƏBƏR

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvana səfərə gəliblər - ANA XƏBƏR

Siyasət
11 avqust 2026 768 baxış
Dövlət başçısı və birinci xanım Naxçıvana səfər edib - Baku TV

Dövlət başçısı və birinci xanım Naxçıvana səfər edib - Baku TV

Siyasət
11 avqust 2026 768 baxış
Seçilmişlər
icon