Pleyeri seçin:

ABŞ-nin İraqa müdaxiləsi nə ilə nəticələndi? | Yəhya Bostandan mühüm açıqlama

11 fevral 2025 308 baxış

Türkiyə və İran iki qonşu dövlət və xalqdır. Dostluğu və yaxşı münasibətləri qoruyub saxlamaq hər iki ölkənin marağındadır. Digər yandan isə əsrlərə gedib çıxan bir rəqabət var. Rəqabət yaxşıdır, amma diqqət edilməli olan incə xətt budur: milli təhlükəsizliyə təhdid düşmənçilik yaradır.

Bu sözləri türkiyəli analitik Yəhya Bostan “Yeni Şafak”da dərc olunan təhlilində yazıb.

“İran iki mühüm məsələdə tarixin yanlış tərəfində dayandı.

Birincisi, Qarabağda müsəlman xalqın (azərbaycanlıların) torpaqlarının qəsb edilməsinə hərbi, iqtisadi və siyasi baxımdan dəstək verdi.

İkincisi, Suriyada bu torpaqlara yad olan qəddar ideologiyadan qidalanan Bəşər Əsədi strateji müttəfiqi seçdi. ABŞ-nin İraqa müdaxiləsi İrana İraq-Suriya-Livan xətti boyunca “müqavimət oxu” yaratmaq imkanı verdi. Suriyadakı “Bəəs” ideologiyasının “müqavimət oxunun təməl daşı”na çevrilməsi ironik idi. Amma bu həm də real siyasətdir”, – ekspert bildirib.

Yəhya Bostan qeyd edib ki, İran indiyədək yürütdüyü yanlış siyasətin ağır nəticələrindən dərs almaq istəmir:

“Azərbaycanın Qarabağ qələbəsi İranın mövqelərini itirməsinə səbəb oldu. 2023-cü il oktyabrın 7-dən (HƏMAS-İsrail savaşının başlamasından) sonra baş verən regional dəyişiklik İranın təsirini zəiflətdi.

B.Əsədin devrilməsi İranın on illərdir qurmağa çalışdığı müqavimət oxunu məhv etdi. Bu proses İranın mövqeyini dəyişməsi və regional sabitliyi dəstəkləməsi üçün bir fürsət idi. Ancaq görünən odur ki, Tehranda bu fürsətdən istifadə edilməyəcək”.

Analitikin sözlərinə görə, İran Suriyadakı mövcud vəziyyətin dəyişməsini istəyir, bu məqsədlə PKK terror təşkilatını da bu səylərinə cəlb edib.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - Baku TV

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - Baku TV

Siyasət
19 mart 2026 308 baxış
Hörmüz üçün yeni hücum planı: ABŞ savaşa İran sahillərindən daxil olur? - AKTUAL GÜNDƏM

Hörmüz üçün yeni hücum planı: ABŞ savaşa İran sahillərindən daxil olur? - AKTUAL GÜNDƏM

Siyasət
19 mart 2026 308 baxış
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ləğv edildi | Prezident Fərman imzaladı - Baku TV

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ləğv edildi | Prezident Fərman imzaladı - Baku TV

Siyasət
19 mart 2026 308 baxış
Müharibə ABŞ və Rusiya hansı iqtisadi üstünlükləri qazandırır? - AKTUAL GÜNDƏM

Müharibə ABŞ və Rusiya hansı iqtisadi üstünlükləri qazandırır? - AKTUAL GÜNDƏM

Siyasət
19 mart 2026 308 baxış
Azərbaycan və Özbəkistan prezidentləri arasında Yaxın Şərqlə bağlı müzakirə - Baku TV

Azərbaycan və Özbəkistan prezidentləri arasında Yaxın Şərqlə bağlı müzakirə - Baku TV

Siyasət
19 mart 2026 308 baxış
Paşinyandan xəbərdarlıq | “Bu, suverenliyin itirilməsinə səbəb ola bilər”

Paşinyandan xəbərdarlıq | “Bu, suverenliyin itirilməsinə səbəb ola bilər”

Siyasət
19 mart 2026 308 baxış
Biləcəridən Ermənistana yola salınan qatarla nələr göndərilir? - Baku TV

Biləcəridən Ermənistana yola salınan qatarla nələr göndərilir? - Baku TV

Siyasət
19 mart 2026 308 baxış
Azərbaycandan İrana növbəti yardım | Xamenei söz verdi | Pezeşkiandan açıqlama - YENİ BİR SƏHƏR

Azərbaycandan İrana növbəti yardım | Xamenei söz verdi | Pezeşkiandan açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
19 mart 2026 308 baxış
Dövlət qulluqçularına verilən hansı ödənişlərin ləğvi nəzərdə tutulur? - Baku TV

Dövlət qulluqçularına verilən hansı ödənişlərin ləğvi nəzərdə tutulur? - Baku TV

Siyasət
19 mart 2026 308 baxış
Bakı-Belqrad xəttində yeni mərhələ: Qaz, enerji və strateji əməkdaşlıq - RƏSMİLƏR

Bakı-Belqrad xəttində yeni mərhələ: Qaz, enerji və strateji əməkdaşlıq - RƏSMİLƏR

Siyasət
18 mart 2026 308 baxış
Seçilmişlər
icon