ABŞ və İran müharibəsi olarsa hansı vəziyyət yaranacaq? | Erməni politoloqdan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-İran arasında müharibə olarsa, Ermənistanın rəqibləri Zəngəzur məsələsini həll etmək üçün güc tətbiq edə bilər”.
Bunu erməni politoloq Artur Xaçikyan deyib.
“Daxil olan məlumatlara görə, ABŞ buna ciddi hazırlaşır və bölgəmizə qoşun yeridir. ABŞ-nin İranla müharibəsi elə vəziyyət yaradacaq ki, opponentlərimiz Zəngəzur məsələsinin güc yolu ilə həllinə çalışacaqlar. Ümumiyyətlə, İrandakı vəziyyət Ermənistan üçün də son dərəcə arzuolunmazdır. Çünki bu, Qərbin və İsrailin regionumuzda hegemonluğu demək olacaq”, – A.Xaçikyan vurğulayıb.
Ancaq A.Xaçikyan bir məsələni unudur. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin hərbi yolla həllinin gündəmdə olmadığını dəfələrlə bəyan edib. Yalnız Ermənistan tərəfindən təxribatlar olacağı təqdirdə rəsmi Bakı hərbi yola əl ata bilər ki, bu da beynəlxalq hüquq baxımından tam qanunidir. Odur ki, İrəvanın bununla bağlı narahatlığına heç bir əsas yoxdur.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
