Pleyeri seçin:

ABŞ-yə buna görə təzyiq edilib | Tofiq Zülfüqarovdan Ermənistanla bağlı sensasiyalı şərh

16 yanvar 2025 306 baxış

“Bu, bir qədər qəribə sənəddir. Adətən hər hansı administrasiya öz səlahiyyət müddətinin sonuna bir həftə qalmış mühüm siyasi sənədlərin qəbulundan çəkinir”.

Bu sözləri “Axar.az”a keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişdən danışarkən deyib.

Onun sözlərinə görə, bu sənədin qəbulu ermənilər üçün problem yarada bilər:

“Görünən odur ki, demokratlar administrasiyası erməni lobbisinin təsiri altında bu sənədi qəbul edib. Daha dəqiq desək, Bayden administrasiyasına bu sənədin qəbul edilməsi üçün təzyiq göstərilib. Bu da erməni lobbisinin Tramp administrasiyasının belə bir sənədə razılıq verməyəcəyindən narahat olduğunu göstərir. Bunun erməni tərəfi üçün problemlər yaradacağı ehtimal olunur, çünki belə bir addımın atılması Tramp administrasiyası tərəfindən xoş qarşılanmaya bilər. Üstəlik, sənədin real icra mexanizmləri və göstəriciləri sual altındadır”.

Politoloq ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcəyi ilə bağlı məsələyə də münasibət bildirib:

“ABŞ müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq edib. Xüsusilə Xəzəryanı ölkələrlə sərhədlərin müasir avadanlıqlarla təmin edilməsi layihələrində Azərbaycanla uzunmüddətli əməkdaşlıq mövcuddur. Uzun illər Ermənistan belə əməkdaşlıqdan məhrum olub. Bunun səbəbi Ermənistanın KTMT-yə üzv olması və Rusiyanın hərbi müttəfiqi sayılmasıdır.

Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik və müştərək hərbi birləşmələr barədə sənədlər mövcuddur. Bundan əlavə, onların hava müdafiəsi sistemi də Moskvadan idarə olunur.

İndi isə Bayden administrasiyası Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq qurmaq niyyətindədir. Ancaq bu əməkdaşlığın reallaşması çətin görünür. Çünki Ermənistanın təhlükəsizlik və hərbi infrastrukturu Rusiya ilə sıx bağlıdır”.

Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycan və ABŞ arasında buna bənzər əməkdaşlıq illər öncədən mövcuddur:

“ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində uzun müddətdir davam edən əməkdaşlıq mövcuddur. Hər il iki ölkə arasında təhlükəsizlik dialoqu keçirilir və sərhəd təhlükəsizliyi sahəsində birgə layihələr icra olunur. Azərbaycan bu sahədə ABŞ-dən maliyyə dəstəyi alıb. Erməni tərəfi həmişə bu əməkdaşlığa qarşı çıxıb və onu tənqid edib. Bayden administrasiyası dövründə bu əməkdaşlığa əvvəlki kimi önəm verilməsə də, Tramp administrasiyası və onun siyasəti ABŞ-nin milli maraqlarına uyğun olaraq bu əlaqələri bərpa edə bilər. Çünki ABŞ-nin milli maraqları Mərkəzi Asiya ilə geniş siyasi əlaqələri ehtiva edir və bu əlaqələrin icrası Azərbaycansız mümkün deyil”.

Dövlət başçılarından təqdimat mərasimində təbrik videosu - Baku TV

Dövlət başçılarından təqdimat mərasimində təbrik videosu - Baku TV

Siyasət
04 fevral 2026 306 baxış
Azərbaycan üzərindən 560 ton məhsul yola salındı - Baku TV

Azərbaycan üzərindən 560 ton məhsul yola salındı - Baku TV

Siyasət
04 fevral 2026 306 baxış
Sülh prosesi nüfuzlu mükafatla qiymətləndirildi - Baku TV

Sülh prosesi nüfuzlu mükafatla qiymətləndirildi - Baku TV

Siyasət
04 fevral 2026 306 baxış
1828–1829 köçləri Cənubi Qafqazda nəyi dəyişdi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

1828–1829 köçləri Cənubi Qafqazda nəyi dəyişdi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
04 fevral 2026 306 baxış
Əbu-Dabidə keçirilmiş bu mərasim rəmzi xarakter daşıyır, çünki... | İlham Əliyev - Baku TV

Əbu-Dabidə keçirilmiş bu mərasim rəmzi xarakter daşıyır, çünki... | İlham Əliyev - Baku TV

Siyasət
04 fevral 2026 306 baxış
ABŞ-nin vasitəçiliyi ilə sülh reallaşdı - Baku TV

ABŞ-nin vasitəçiliyi ilə sülh reallaşdı - Baku TV

Siyasət
04 fevral 2026 306 baxış
Bakı və İrəvan normallaşma prosesini sürətləndirmək üçün yeni addımlar atır - Baku TV

Bakı və İrəvan normallaşma prosesini sürətləndirmək üçün yeni addımlar atır - Baku TV

Siyasət
04 fevral 2026 306 baxış
“İrəliyə necə getməli olduğumuzu müzakirə etdik” – Prezident

“İrəliyə necə getməli olduğumuzu müzakirə etdik” – Prezident

Siyasət
04 fevral 2026 306 baxış
“Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq böyük şərəfdir” | Prezident İlham Əliyev

“Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq böyük şərəfdir” | Prezident İlham Əliyev

Siyasət
04 fevral 2026 306 baxış
İlham Əliyev və Paşinyana "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olundu - Baku TV

İlham Əliyev və Paşinyana "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olundu - Baku TV

Siyasət
04 fevral 2026 306 baxış
Seçilmişlər
icon