Pleyeri seçin:

Ukrayna və Rusiya müharibəsinin nəticələri | Tofiq Zülfüqarovdan mühüm açıqlama

18 avqust 2025 618 baxış

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə geniş paylaşım edərək Rusiya-Ukrayna müharibəsinin nəticələrinə dair mövqeyini açıqlayıb.

Onun fikrincə, Ukrayna bu müharibənin ilk mərhələsində artıq qalib gəlib, çünki işğal olunmuş ərazilərin azadlığı ölkənin milli kimliyinin əsas elementi kimi qəbul olunub.

T.Zülfüqarov yazıb:

“Alyaska, o nəyi göstərdi… Ukrayna ilk müharibəni artıq qazanıb. Niyə ilk deyirəm? Çünki işğal olunmuş ərazilər, daha doğrusu, onların azad olunması ölkənin milli identikliyinin bir hissəsinə çevrilib.

Rusiya isə nəyi nəzarətdə saxlaya biləcəyindən asılı olmayaraq elan etdiyi məqsədləri hətta böyük itkilər bahasına, o cümlədən reputasiya itkisinə baxmayaraq, ilk müharibədə uduzub.

Rusiya rəhbərliyi danışıqlarda hansısa güzəştlərə nail olsa belə, siyasi “luzer” imicindən yaxa qurtara bilməyəcək. Ölkəni daimi “pis oğlan”a çevirmək, sonsuz “SVO” aparmaq və hətta Azərbaycanla Qazaxıstanı yeni “SVO”larla qorxutmaq cəhdləri panikanın göstəricisindən başqa bir şey deyil.

Tez və ya gec vəziyyəti dondurmaq cəhdi uğurla nəticələnəcək və o zaman əsl siyasi risk başlayacaq. Bütün siyasi elita, bütün təbliğat maşını həm özlərinə, həm də hamıya Rusiyanın qalib gəldiyini sübut etməyə çalışacaq. Amma bu “Pirr qələbəsi” idarəçilikdə kollaps prosesini, hakimiyyətin tranzitini və hətta ölkənin parçalanmasını sürətləndirə bilər”.

Sabiq nazirin fikrincə, Kreml indi hansısa addımları atsa da, artıq strateji məğlubiyyət qaçılmazdır. Onun sözlərinə görə, Moskva özünü qalib kimi göstərməyə çalışsa da, əslində, bu proses Rusiyanın daxilində daha dərin siyasi və idarəçilik böhranının başlanğıcına çevrilə bilər.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 618 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 618 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 618 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 618 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 618 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 618 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 618 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 618 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 618 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 618 baxış
Seçilmişlər
icon