Siyasət
Pleyeri seçin:

Ağbaba, Ağbaş, Ağvan, Ağqala, Ağbaba, Ağvəng və Ağqaya - türk tarixinin izi

11 sentyabr 2024

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Zəngəzur mahalının ən qədim kəndi – Ağvan” adlı süjet hazırlanıb.

Bugünkü süjetdə xüsusi plan əsasında adı dəyişdirilən Ağbaba, Ağbaş, Ağvan, Ağqala toponimləri, Ağbaba, Ağvəng, Ağqaya oronimləri haqqında söz açılır.

Bildirilir ki, azərbaycanlıların qədim tarixini əks etdirən yaşayış məskənlərinin, yer-yurd adlarının yadlaşdırılması bütün zamanlarda ermənilərin xüsusi planları əsasında reallaşdırılıb.

AĞBABA – Ağbaba mahalının Amasiya və Qızıl Qoç rayonlarını əhatə edən nahiyə olub və burada əhalinin 90 faizini azərbaycanlılar təşkil edib. 1930-cu ildə Ağbaba nahiyəsi ləğv edilib, onun əsasında Amasiya və Qızılqoç, yəni Qukasyan rayonları yaradılıb.

AĞBABA – Ağbaba mahalının Amasiya rayonunda kənd olub və xarabalığa çevrilib. Toponim “ağbaba” quş adı əsasında formalaşıb.

AĞBABA – Ağbaba və Şörəyel mahalları ərazisində, Qızılqoç, indiki Qukasyan rayonu ərazisində dağ adıdır. AĞBAŞ – Loru mahalının Allahverdi, yəni Tumanyan rayonunda qışlaq olub və 1930-cu illərdə ləğv edilib. Toponim Ağbaş türk tayfasının adı əsasında formalaşıb.

AĞVAN – Zəngəzur mahalının Qafan rayonunda kənd adıdır. Erməni mənbələrində alban etnonimi “ağvan” formasında işlənir.

AĞVƏNG - Dərələyəz mahalının Keşişkənd, yəni Yeğenadzor rayonunda qala olub. “Ağ” sözü qədim türk dilində həm də kiçik mənasında, vəng isə “abidə, möhkəm abidə” mənasında işlənir.

AĞQAYA – Kiçik Qafqaz sıra dağlarında dağ adıdır. Göyçə, yəni Sevan gölünün şərqində yerləşir.

AĞQALA – Göyçə mahalının Kəvər, yəni Kamo rayonunda kənd olub. Kənddə 1831-ci ildən 1916-cı ilədək yalnız azərbaycanlılar yaşayıb. 1918-ci ildə azərbaycanlılar kənddən ermənilər tərəfindən qırğınlarla qovulduqdan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilib.

İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıdıblar. Sonralar azərbaycanlıları sıxışdırıb çıxarmaq məqsədilə Ağqala kəndi ilə Əyrivəng kəndi birləşdirilib və azərbaycanlılar 1988-ci ildə deportasiya edilib. Kəndin adı ərazidəki albanlara məxsus ağ rəngli qaladan götürülüb. Ermənistan Prezidentinin 1991-ci il 19 aprel tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk, yəni Qala yeri qoyulub.

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon