Pleyeri seçin:

Ağbulaq toponimləri və hidronimləri - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

28 avqust 2024 737 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Erməni Prezidentin adını dəyişdirdiyi kənd” adlı süjet efirə gedib.

Süjetdə izi itirilən Ağbulaq toponimləri, eləcə də Ağbulaq hidronimləri haqqında söz açılır.

Bildirilir ki, ermənilər tarix boyu ilk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının, etnonimlərinin dəyişdirilməsinə çalışıblar. Elə bu məqsədlə bir çox yaşayış məskənləri məhv edilib və müxtəlif vasitələrlə erməniləşdirilib.

Ağbulaq – Zəngəzur mahalının Gorus rayonunda kənd olub və burada yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunub. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıdıblar. 1988-ci ilin noyabrında kəndin sakinləri yenidən tarixi-etnik torpaqlarından deportasiya olunublar.

Ağbulaq – Pəmbək mahalının Hamamlı, indiki Spitak rayonunda kənd olub və 1946-cı il aprelin 26-da adı dəyişdirilib, Lusaxbyur qoyulub.

Ağbulaq – Göyçə mahalının Çəmbərək, indiki Krasnoselo rayonunda kənd olub. Burada 1831-ci ildən bəri yaşayan azərbaycanlılar 1919-cu ilin fevral-mart aylarında ermənilər tərəfindən qovulub.

İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma yurdlarına qayıdıblar. Nəhayət, 1988-ci ilin noyabrın 24-dən 28-dək kəndin əhalisi yenidən vəhşicəsinə tarixi-etnik torpaqlarından qovulub. 1991-ci il aprelin 19-da kəndin adı dəyişdirilib Axperek qoyulub.

Ağbulaq – Vedibasar mahalının Vedi, indiki Ararat rayonunda kənd olub. Kənddə 1897-ci ildə 95 nəfər azərbaycanlı yaşayıb. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilib.

Ağbulaq – Zəngəzur mahalının Gorus və Qafan rayonlarında bulaq adıdır.

Qeyd edək ki, Ağbulaq toponimi Azərbaycan dilində “keyfiyyətli, içməyə yararlı” mənasında işlənən “ağ” sözü ilə “bulaq” hidroterminindən əmələ gəlib. Kəndlərin adı ərazidəki eyni adlı bulaqların adından götürülüb.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 737 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 737 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 737 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 737 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 737 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 737 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 737 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 737 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 737 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 737 baxış
Seçilmişlər
icon