Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan ermənilərə humanitar yüklər daşınacaq?
“Qarabağın erməni əhalisinin vəziyyətini, Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə etdik. Aydındır ki, mövcud vəziyyət dayanıqlı deyil və heç kimin marağına uyğun gəlmir. Vəziyyətin normallaşmasına kömək üçün mümkün konkret addımları da müzakirə etdik”.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.
“Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim. Hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyirəm. Mən həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tibbi təxliyənin bərpasını da alqışladım”, – deyə o əlavə edib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Avropa İttifaqı Gürcüstana şərt qoydu
- Avropadan Ukraynaya rekord məbləğdə yardım | Müharibə bitəcək, yoxsa? - Baku TV
- Avropa İttifaqının ikili standart sindromu - Baku TV
- Aİ Ukraynaya 90 milyard avro yardım ayırdı - 24 SAAT
- Avropalı fermerlər etiraza qalxdı | Küçələr döyüş meydanına çevrildi - Baku TV
