Aİ Azərbaycan torpaqlarını Ermənistana “verdi”
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycanın iştirakı olmadan keçirilən görüşdə ölkəmizin və Ermənistanın xəritə üzərindəki ərazilərini, eləcə də onların sərhədlərini bildirən rəqəmlərlə bağlı qərar qəbul olunub.
Amma bu qərarda rəqəmlər düzgün qeyd edilməyib. Belə ki, 29743 kvadratkilometrlik əraziyə sahib olan Ermənistan torpaqları 29800 kvadratkilometr kimi, Azərbaycanın ərazisi isə 86692 kvadratkilometr əvəzinə 86600 kvadratkilometr kimi göstərilib, yəni 92 kvadratkilometr ixtisar edilib. Ehtimal olunur ki, bu, yuvarlaqlaşdırma məqsədilə belə yazılıb və hesablamaların aparılması üçün prosesləri yüngülləşdirmə xarakteri daşıyır.
Bəs belə olan halda, nə üçün yuvarlaqlaşdırma prinsipi Ermənistanın xeyrinə hesablanıb? Məgər əksinə etmək olmazdımı? Doğrudur, bu sənədə Azərbaycan imza atmayıb və onun hər hansı hüquqi əsası yoxdur. Ancaq rəsmi İrəvanın görüşdə dəstəyini gördüyü tərəflərin fitvasına gedib bu yuvarlaqlaşdırmadan arqument kimi istifadə etməyəcəyinə kim zəmanət verə bilər? Onsuz da Ermənistan bizim anklavları görməzlikdən gəlib özününküləşdirmək istəyir. Bu yerdə ermənilərə elə Nikol Paşinyanın öz sözlərini xatırlatmaq kifayət etməlidir. May ayının 22-də o, Azərbaycan ərazisinin anklavlarla birgə 86692 kvadratkilometr olduğunu qəbul edib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Berlin Ukraynaya maliyyə dəstəyi üçün vahid öhdəlik tələb edir
- Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV
- “Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri
- Hörmüzdəki gərginlik Avropaya Ukrayna müharibəsindən daha ağır təsir edə bilər? - Baku TV
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
