Siyasət
Pleyeri seçin:

Aİ və ABŞ bunu etmək istəmir, çünki... | Bakıda gedən müzakirələrlə bağlı detallar

19 noyabr 2024

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yeni maliyyə hədəfinin müəyyən olunması üçün 300-500 milyard dollar arasında yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir.

“Report”a danışıqlara yaxın diplomatik mənbənin verdiyi məlumata əsasən, danışıqlar sərt və ciddi surətdə davam edir.

Mənbənin bildirdiyinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ böyük maliyyə yükünün altına girmək istəmir. Aİ-də başa düşürlər ki, bunu indi etmək lazımdır, çünki ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra bunu etmək mümkün olmayacaq.

Məlumata görə, kollektiv Qərb hər bir vəchlə yüksək inkişaf səviyyəsi və maliyyə imkanları olan inkişaf etməkdə olan ölkələri prosesə daxil etmək istəyir. Qərb xüsusilə bu prosesə Çin, Qətər və bu qəbildən olan ölkələri cəlb etmək niyyətindədir. Cənubi Koreya, Sinqapur və müəyyən mənada Ərəb Əmirlikləri bu sıraya qoşulsa da, Çin və Səudiyyə Ərəbistanı qəti etiraz edir. Çin China+G 77 qrupu vasitəsilə prosesə və Qərb ölkələrinə təzyiq göstərir.

Mənbə xatırladıb ki, ABŞ-nin bütün COP danışıqlarında strategiyası heç bir öhdəlik götürməmək və ABŞ-nin neft-qaz sənayesini qorumaqdan ibarət olub. İndiki danışıqlar qrupu D.Tramp seçiləndən sonra çox tərəddüdlü görünür. Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və bu qrup digər ölkələr keçən il Birləşmiş Ərəb Əmirliklərindən qəbul edilmiş “Fossil Fuel Transition” sənədinin əleyhinə çıxır və onun təkrar gündəliyə gətirilməsinə mane olur.

Azərbaycan danışıqlar prosesində vasitəçi və ev sahibidir. Geosiyasi qütbləşmə kəskindir. Yeni maliyyə hədəfi müəyyən olunacaqsa, bu, bütün dünyanın uğurudur. Olmayacaqsa, eyni zamanda bütün dünyanın və iqlim fəaliyyətinin iflasıdır.

Lüksemburq DP-nin qətnaməsinə Milli Məclisdən sərt reaksiya | Bu, kənara qoyulmalıdır!

Lüksemburq DP-nin qətnaməsinə Milli Məclisdən sərt reaksiya | Bu, kənara qoyulmalıdır!

Siyasət
21 noyabr 2024
COP29-un 11-ci günü BMT-nin Baş katibi çıxış etdi | Tədbirin ən uğurlu günü - COP BAKU

COP29-un 11-ci günü BMT-nin Baş katibi çıxış etdi | Tədbirin ən uğurlu günü - COP BAKU

Siyasət
21 noyabr 2024
Bakı və İrəvan sülhə yaxındır ? | Türkiyə XİN rəhbərindən açıqlama

Bakı və İrəvan sülhə yaxındır ? | Türkiyə XİN rəhbərindən açıqlama

Siyasət
21 noyabr 2024
Yaşıl və mavi zonalarda silsilə tədbirlər təşkil olundu | Muxtar Babayevdən mühüm açıqlamalar

Yaşıl və mavi zonalarda silsilə tədbirlər təşkil olundu | Muxtar Babayevdən mühüm açıqlamalar

Siyasət
21 noyabr 2024
"Fransa Ermənistandan çox düşmənçilik edir" | BAKU ANALİTİK

"Fransa Ermənistandan çox düşmənçilik edir" | BAKU ANALİTİK

Siyasət
21 noyabr 2024
COP29-un 11-ci günü yekunlaşdı | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 11-ci günü yekunlaşdı | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
21 noyabr 2024
İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?

İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?

Siyasət
21 noyabr 2024
BMT-nin Baş katibi COP29-da çağırış etdi | Bu mövqeyinizi yumşaltmalısınız, yoxsa...

BMT-nin Baş katibi COP29-da çağırış etdi | Bu mövqeyinizi yumşaltmalısınız, yoxsa...

Siyasət
21 noyabr 2024
Rusiyada dezinformasiyalar üzrə mühüm tədbir | Azərbaycanı "Global Media Group" təmsil etdi

Rusiyada dezinformasiyalar üzrə mühüm tədbir | Azərbaycanı "Global Media Group" təmsil etdi

Siyasət
21 noyabr 2024
Aleksandr Sayer COP29-da media ilə bağlı yaradılan şəraitdən danışdı

Aleksandr Sayer COP29-da media ilə bağlı yaradılan şəraitdən danışdı

Siyasət
21 noyabr 2024
Seçilmişlər
icon