Pleyeri seçin:

Almaniya XİN-dən İranın qərarına sərt etiraz | Tehrana qarşı sanksiyalar sərtləşdirilir?

01 noyabr 2024 544 baxış

Dünyanın əksər ölkələrində insan hüquqlarına zidd olduğu əsas gətirilərək ölüm hökmü ləğv olunsa da, ən ağır cinayətlərə görə müəyyən ölkələrdə hələ də bu cəza növü qalmaqdadır.

Hazırda bu cəza növünün tətbiqi ilə ölüm halları baxımından qonşumuz İran dünyada liderdir.

Bu günlərdə qonşu ölkədə daha bir qalmaqallı ölüm hökmü icra olunub. 2020-ci ildə Dubayda İran Təhlükəsizlik Qüvvələri tərəfindən oğurlandığı iddia edilən və ikili vətəndaşlığı olan 69 yaşlı əslən iranlı Almaniya vətəndaşı Cəmşid Şarməhd İran məhkəməsinin qərarı ilə terrorizm ittihamı ilə edam edilib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok həmin qərara etirazını belə ifadə edib:

“Cənab Cəmşid Şarməhdin qətli İranın ədalətsiz rejiminin dəhşətli amansızlığını bir daha göstərir. Biz dəfələrlə və birmənalı şəkildə İrana bildirmişik ki, Almaniya vətəndaşının edam edilməsi ciddi nəticələrə səbəb olacaq. Buna görə də mən Frankfurt-Maynda, Münhen və Hamburqda İranın üç baş konsulluğunu bağlamaq qərarına gəldim. İranın yeni hökuməti özü dəfələrlə iddia edib ki, o, Qərblə əlaqələr qurmaq istəyir. İran bunun üçün hansı konkret addımların atılmalı olduğunu bilir”.

Almaniyanın xarici işlər naziri bildirib ki, ölkəsi İranın Avropada möhkəmlənməsini çətinləşdirən növbəti sanksiyalar paketini qəbul edib.

Nazir onu da əlavə edib ki, İranın İnqilab Keşikçiləri Korpusunun Brüsseldə terror təşkilatları siyahısına salınmasına çalışır və Düsseldorf Ali Regional Məhkəməsinin qərarı bunun üçün hüquqi şərait yaradacaq.

İki ölkə arasında diplomatik münasibətlərə toxunan A.Berbok bu əlaqələrin çox aşağı səviyyədə olduğunu ifadə edib. İndi sual olunur, belə kritik vəziyyətdə İran Qərblə münasibətlərini necə bərpa edəcək? İranda yeni prezidentin hakimiyyətə gəlməsi ilə Qərblə münasibətlərdə yeni səhifə açılmasının mümkünlüyü düşünüldüyü bir vaxtda bu səhifə açılmadan qapanırmı?

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 544 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 544 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 544 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 544 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 544 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 544 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 544 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 544 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 544 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 544 baxış
Seçilmişlər
icon