Pleyeri seçin:

Araik Paşinyana demişdi ki... | Koçaryandan Bakıda mühakimə olunan ermənilər barədə etiraf

17 fevral 2025 492 baxış

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ləğv edilmiş separatçı rejimin başçıları, hazırda Bakıda məhkəmədə mühakimə olunan Arkadi Qukasyan və Bako Saakyanla daimi əlaqədə olduğunu açıqlayıb.

O, bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında danışıb.

“Arkadi Qukasyan və Bako Saakyanla daimi əlaqədə olmuşam, demək olar ki, hər gün danışmışam, son günlər isə gündə bir neçə dəfə də əlaqə saxlamışam”, – R.Köçəryan söyləyib.

Onun sözlərinə görə, keçmiş qondarma qurumun rəhbəri Araik Arutyunyan “istefa məsələsi”ni antiterror tədbirlərindən təxminən üç ay qalmış müzakirə etməyə başlayıb:

“Son həftələrdə baş verənlər Arutyunyanın istefaya üçüncü cəhdi oldu. Hər dəfə bir araya gələndə özünə bəraət qazandırırdı ki, mən artıq təsir göstərə bilmirəm, mənim sözüm heç yerə çatmır, problem var, istefa verirəm”.

Robert Köçəryan qeyd edib ki, hər dəfə Bako Saakyan və digərləri Araiki bunu etməməyə inandırmağa çalışıblar.

Sabiq prezident vurğulayıb ki, Arutyunyanın “istefa”sı ərəfəsində onunla telefon danışıqları olub, Saakyan və Qukasyan ona müəyyən şeylər deyiblər:

“Onlar söylədilər ki, Araik Arutyunyan bütün bunları Nikol Paşinyana danışıb. Nikol Paşinyanla çoxsaylı telefon danışıqları olub və sonuncu Qarabağda nə baş verdiyini çox gözəl bilirdi”.

R.Köçəryan iddia edib ki, o, ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanı tanımayıb. Amma onun sözlərinə görə, Saakyan, Qukasyan və digərləri buna baxmayaraq, ondan Şahramanyana dəstək vermələrini istəyiblər.

Banner
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 492 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 492 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 492 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 492 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 492 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 492 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 492 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 492 baxış
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Siyasət
30 oktyabr 2026 492 baxış
Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Siyasət
30 oktyabr 2026 492 baxış
Seçilmişlər
icon