Siyasət
Pleyeri seçin:

ATƏT-dəki nümayəndəliyimizdən Ermənistan heyətinə cavab

10 fevral 2024

“Azərbaycanın bütün ərazisi üzərində suverenliyini bərpa etməsi və Ermənistanın keçmiş işğal altındakı ərazilərdə yaratdığı qanunsuz “Miki Maus” rejiminin özünü buraxmasından sonra Ermənistan nümayəndə heyəti nəhayət yeni reallığı qəbul etməli və onunla barışmalı, bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanımaya və hörmətə əsaslanan dövlətlərarası əlaqələrin üçxətli normallaşması ilə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə fokuslanmalıdır”.

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Ermənistan nümayəndə heyətinə cavab bəyanatında belə deyilir.

Qeyd olunub ki, Azərbaycana qarşı təcavüzkar müharibəyə başlamağa görə tam məsuliyyət daşıyan və beynəlxalq hüququ, eləcə də ATƏT prinsiplərini pozaraq Azərbaycanın ərazilərinin 20 faizini işğal edən Ermənistan başqalarına insan hüquqlarından, hüquq və tarixdən qaynaqlanan məsələlərdən mühazirə oxuya biləcək sonuncu ölkədir.

Eyni zamanda bildirilib ki, Ermənistan nümayəndə heyəti Qarabağın erməni sakinlərinin bölgəni tərk etməsinin arxasındakı real səbəbləri öz ölkələrinin 30 illik işğal siyasətində axtarmalıdır.

Bəyanatda bildirilib ki, Ermənistan rəsmiləri Qarabağın Ermənistana anneksiyası istəklərinə bəraət qazandırmaq məqsədilə açıq şəkildə Azərbaycana qarşı etnik uyğunsuzluq və nifrət ideyalarını təşviq ediblər.

“Ermənistan nəhayət anlamalıdır ki, yalnız suverenlik və ərazi bütövlüyünü qarşılıqlı tanımaya əsaslanan Azərbaycanla sülh və yaxşı qonşuluq münasibətləri regional təhlükəsizliyi təmin edə, etimad inşa edə bilər. Azərbaycan ərazilərinin təxminən 30 illik işğalının nəticələrinin aradan qaldırılması Ermənistandan çıxarılan azərbaycanlılar da daxil olmaqla bütün köçkünlərin təhlükəsiz və könüllü qayıdışının şərtlərini formalaşdıra bilər. Amma Ermənistan nümayəndə heyətinin bugünkü bəyanatları Ermənistanın məhz bundan qorxduğunu göstərir”, – deyə bəyanatda qeyd olunub.

Prezident Cəbrayıl və Zəngilanda | Yeni kəndlərin təməli qoyuldu

Prezident Cəbrayıl və Zəngilanda | Yeni kəndlərin təməli qoyuldu

Siyasət
18 may 2024
Paşinyan İrandan buna görə üz çevirir | Baqdasaryan hər şeyi danışdı

Paşinyan İrandan buna görə üz çevirir | Baqdasaryan hər şeyi danışdı

Siyasət
18 may 2024
İlham Əliyev və Aleksandr Lukaşenkonun Şuşaya səfərindən görüntülər

İlham Əliyev və Aleksandr Lukaşenkonun Şuşaya səfərindən görüntülər

Siyasət
18 may 2024
Azərbaycana qarşı qərəzli siyasət aparan İran əsl simasını göstərdi

Azərbaycana qarşı qərəzli siyasət aparan İran əsl simasını göstərdi

Siyasət
18 may 2024
İlham Əliyev və Aleksandr Lukaşenkonun Füzuliyə səfərindən görüntülər

İlham Əliyev və Aleksandr Lukaşenkonun Füzuliyə səfərindən görüntülər

Siyasət
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə görüş zamanı nələri müzakirə etdi?

Hikmət Hacıyev Baydenin müşaviri ilə görüş zamanı nələri müzakirə etdi?

Siyasət
17 may 2024
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
17 may 2024
Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Siyasət
17 may 2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Siyasət
17 may 2024
Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Siyasət
17 may 2024
Seçilmişlər
icon