Siyasət
Pleyeri seçin:

Avropa Parlamentindən Bakıya şər dolu akt | Sözçüdən sərt cavab

26 aprel 2024

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib. Bu barədə İcmanın bəyanatında qeyd edilib.

Bəyanatda bildirilib ki, eyni mərkəzdən idarə olunan məlum bədxah xarici dairələr son günlər “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı səlib yürüşlərini intensivləşdirib.

"ABŞ konqresində və dövlət departamenti tərəfindən bu həftə atılmış anti-Azərbaycan addımların ardınca Avropa Parlamenti 25 aprel tarixində qərəz və böhtan dolu akt qəbul edib. Guya azərbaycanlıların insan hüquqlarının qeydinə qalan ikiüzlü Avropa parlamentariləri sözügedən qətnamə ilə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Görəsən, ötən 30 ildə Ermənistan Azərbaycan ərazilərini işğal edib yüzminlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyanda, 30 minə yaxın azərbaycanlını qətlə yetirəndə onların hüquqları Avropa Parlamentinin yadına niyə düşmürdü? Ermənistanın öz ərazisindən qovduğu 300 min azərbaycanlının öz evinə qayıtmasına imkan verməməsi və Qərbi Azərbaycan İcmasının dialoq çağırışına məhəl qoymaması Avropa Parlamentini niyə heç narahat etmir?

Bütün bunlar onu sübut edir ki, Avropa Parlamentinin son addımlarının əsl səbəbi insan hüquqları deyil, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsidir.

Əgər Avropa Parlamenti sanksiyalar yolu ilə insan hüquqlarını təşviq etmək istəyirdisə, onda milyondan artıq azərbaycanlının təməl hüququnu pozmuş Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çalışmalı idi. Qərbi Azərbaycan İcması Avropa Parlamentindən ayrı-seçkilik siyasətindən, regionda vəziyyəti gərginləşdirən addımlardan və insan hüquqları kimi ali dəyərdən sui-istifadə cəhdlərindən əl çəkməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edir”, – bəyanatda vurğulanıb.

Diqqət! | Simonyandan Putin, Paşinyan və sərhədlərlə bağlı suallara cavab

Diqqət! | Simonyandan Putin, Paşinyan və sərhədlərlə bağlı suallara cavab

Siyasət
06 may 2024
Bu ölkə ilə viza rejimi ləğv edildi | Prezident təsdiqlədi

Bu ölkə ilə viza rejimi ləğv edildi | Prezident təsdiqlədi

Siyasət
06 may 2024
Kosaçev İlham Əliyevlə görüşündən danışdı | Ermənistan və Gürcüstan dərk etsin ki…

Kosaçev İlham Əliyevlə görüşündən danışdı | Ermənistan və Gürcüstan dərk etsin ki…

Siyasət
06 may 2024
Ermənilər qorxur ki, Azərbaycan bayrağını daha yaxından görəcəklər | Ekspertdən açıqlama

Ermənilər qorxur ki, Azərbaycan bayrağını daha yaxından görəcəklər | Ekspertdən açıqlama

Siyasət
06 may 2024
Şuşa barədə qalmaqallı iddiaları olan ABŞ səfirindən gözlənilməz addım

Şuşa barədə qalmaqallı iddiaları olan ABŞ səfirindən gözlənilməz addım

Siyasət
06 may 2024
İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru ilə görüşdü

İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru ilə görüşdü

Siyasət
06 may 2024
Bakı separatçıları belə ələ keçirib | Üçü bilyard oynayırdı, Araik isə...

Bakı separatçıları belə ələ keçirib | Üçü bilyard oynayırdı, Araik isə...

Siyasət
06 may 2024
Azərbaycan və Ermənistan XİN rəhbərləri harada görüşəcək? - Detallar açıqlandı

Azərbaycan və Ermənistan XİN rəhbərləri harada görüşəcək? - Detallar açıqlandı

Siyasət
06 may 2024
Ermənistandan kənd tələbi | ABŞ səfirindən Şuşa açıqlaması | Madurodan ABŞ-yə ittiham - SALAM BAKU

Ermənistandan kənd tələbi | ABŞ səfirindən Şuşa açıqlaması | Madurodan ABŞ-yə ittiham - SALAM BAKU

Siyasət
06 may 2024
Azərbaycanın qələbəsini həzm edə bilməyən ABŞ-nin riyakar oyunu

Azərbaycanın qələbəsini həzm edə bilməyən ABŞ-nin riyakar oyunu

Siyasət
05 may 2024
Seçilmişlər
icon