Pleyeri seçin:
XİN başçıları viza rejiminin aradan qaldırılması ilə bağlı saziş imzaladı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
İki ölkə arasında mövcud əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycan və Mərakeş arasında ticarət, enerji, təhsil və parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlığın geniş inkişaf potensialının mövcudluğunu qeyd edib.
Görüş zamanı nazirlər iki ölkə arasında ümumvətəndaş pasportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə sazişi imzalayıblar.
Kopyalandı
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- XİN-dən Azərbaycanın Sülh Şurasına üzv olması ilə bağlı açıqlama - Baku TV
- XİN İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib - Baku TV
- İtkin düşən balıqçının nəşi İran tərəfindən Azərbaycana təhvil verildi - Baku TV
- TRIPP-in Ermənistandan keçən hissəsinin Rusiyaya aidiyyəti yoxdur | Ceyhun Bayramov - Baku TV
- Azərbaycanın milli maraqları tələb edərsə... | Ceyhun Bayramovdan açıqlama - Baku TV
