Pleyeri seçin:

"Lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli qərar idi" | 30 ilin müharibəsi necə bitdi? - Baku TV

21 yanvar 2026 114 baxış

“Ermənistanla sülhə gəlincə və ondan əvvəl mövcud olmuş 30 illik münaqişəyə toxunduqda, biz bir ölkə, bir xalq kimi çox ağır vaxtlar yaşamışıq: ərazilərin itirilməsini, milyonlarla insanın evsiz qalmasını və məcburi köçkünə çevrilməsini görmüşük. Lakin ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik”.

Bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasda çıxışı zamanı deyib.

Dövlət başçısı əlavə edib: “Bu, bizdən 30 il aldı. Həmin vaxt, 30, 20 və 10 il əvvəl və indi beynəlxalq təsisatların davranışı dəyişmədi. Bunları biz dəyişdik. Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq. Biz dayandıq”.

Prezident İlham Əliyev vurğulayıb ki, 30 il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi:

“Biz davam edə bilərdik. Mən sizinlə və burada əyləşənlərlə çox açıq danışmaq istəyirəm. Ancaq belə olduğu halda, bu sonsuz müharibələr daha çox əziyyət və qurbanlarla nəticələnəcəkdi. Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik”.

Vensin Azərbaycana səfər tarixi | TRIPP layihəsi və sülh danışıqları - YENİ BİR SƏHƏR

Vensin Azərbaycana səfər tarixi | TRIPP layihəsi və sülh danışıqları - YENİ BİR SƏHƏR

Siyasət
09 fevral 2026 114 baxış
ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub - Baku TV

ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub - Baku TV

Siyasət
09 fevral 2026 114 baxış
Qərbi Azərbaycan İcması bəyanat yaydı - Baku TV

Qərbi Azərbaycan İcması bəyanat yaydı - Baku TV

Siyasət
08 fevral 2026 114 baxış
Ceyhun Bayramov Hakan Fidanla nələri müzakirə etdi? - Baku TV

Ceyhun Bayramov Hakan Fidanla nələri müzakirə etdi? - Baku TV

Siyasət
08 fevral 2026 114 baxış
Qarabağdan Dumlupınara: 2 ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - QARABAĞ XRONİKASI

Qarabağdan Dumlupınara: 2 ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - QARABAĞ XRONİKASI

Siyasət
08 fevral 2026 114 baxış
Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Siyasət
08 fevral 2026 114 baxış
İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
07 fevral 2026 114 baxış
Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Siyasət
07 fevral 2026 114 baxış
Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
07 fevral 2026 114 baxış
Azərbaycan-Türkiyə Pediatrik Revmatologiya Konfransı keçirildi - Baku TV

Azərbaycan-Türkiyə Pediatrik Revmatologiya Konfransı keçirildi - Baku TV

Siyasət
07 fevral 2026 114 baxış
Seçilmişlər
icon