Siyasət
Pleyeri seçin:
Ayxan Hacızadə Zaxarovaya cavab verdi | Rusiya Azərbaycana nə təklif etdi?
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olması barədə bəyanatına münasibət bildirib.
O, TASS xəbər agentliyinə açıqlamasında Azərbaycanın Rusiyada və digər yerlərdə Ermənistan tərəfi ilə danışıqlara həmişə hazır olduğunu deyib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 24-də keçirdiyi brifinqdə bildirib ki, Moskva Bakı və İrəvan nümayəndələri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır və onlar üçün ən rahat şəraiti yaradacaq.
Kopyalandı
Seçilmişlər