Pleyeri seçin:

Kayrat Sarıbay İlham Əliyevin qəbulunda | Nələr müzakirə olundu?

15 yanvar 2025 265 baxış

Prezident İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.

Kayrat Sarıbay ölkəmizə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə gəlməsindən məmnunluğunu bildirib.

Ölkəmizin sədrlik prosesinin uğurla davam etdirildiyini deyən qonaq bütövlükdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsinin olduğunu qeyd edib.

Kayrat Sarıbay bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu sədrliyini vurğulayıb, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin də bu müstəvidə aparıldığını deyib.

O, Azərbaycan tərəfindən konseptual sənədin təqdim edildiyini və bu sənəddə təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlıq və etimadın gücləndirilməsi üçün geniş sahəni əhatə edən təkliflərin öz əksini tapdığını qeyd edib.

Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin təşkilata sədrliyinin uğurla davam etdirildiyini deyərək üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini qeyd edib.

Bu xüsusda gənclər, media, nəqliyyat bağlantıları və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafının önəmi vurğulanıb.

Dövlət başçısı Azərbaycan tərəfinin bu təşkilata sədrliyə çox məsuliyyətlə yanaşdığını bildirərək ölkəmizin öz növbəsində bu formatın daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu deyib.

İlham Əliyev Azərbaycanın sədrliyi dövründə nəzərdə tutulan işlərin həyata keçirilməsində Azərbaycanla bu təşkilat arasında fəal birgə əməkdaşlığın aparılmasının zəruriliyini bildirib.

Dövlət başçısı bu təşkilatın Asiya regionunda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli təsisat olduğunu bir daha diqqətə çatdırıb.

Şərq-Qərb magistralı 2030-cu ildə Azərbaycan sərhədlərinədək tamamlanacaq

Şərq-Qərb magistralı 2030-cu ildə Azərbaycan sərhədlərinədək tamamlanacaq

Siyasət
09 fevral 2026 265 baxış
Vensin Azərbaycana səfər tarixi | TRIPP layihəsi və sülh danışıqları - YENİ BİR SƏHƏR

Vensin Azərbaycana səfər tarixi | TRIPP layihəsi və sülh danışıqları - YENİ BİR SƏHƏR

Siyasət
09 fevral 2026 265 baxış
ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub - Baku TV

ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub - Baku TV

Siyasət
09 fevral 2026 265 baxış
Qərbi Azərbaycan İcması bəyanat yaydı - Baku TV

Qərbi Azərbaycan İcması bəyanat yaydı - Baku TV

Siyasət
08 fevral 2026 265 baxış
Ceyhun Bayramov Hakan Fidanla nələri müzakirə etdi? - Baku TV

Ceyhun Bayramov Hakan Fidanla nələri müzakirə etdi? - Baku TV

Siyasət
08 fevral 2026 265 baxış
Qarabağdan Dumlupınara: 2 ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - QARABAĞ XRONİKASI

Qarabağdan Dumlupınara: 2 ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - QARABAĞ XRONİKASI

Siyasət
08 fevral 2026 265 baxış
Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Siyasət
08 fevral 2026 265 baxış
İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
07 fevral 2026 265 baxış
Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Siyasət
07 fevral 2026 265 baxış
Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
07 fevral 2026 265 baxış
Seçilmişlər
icon