Siyasət
Pleyeri seçin:

Ayxan Hacızadədən Ermənistana sərt sözlər | Açıqlamalar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır

05 oktyabr 2024

“Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin bütün vasitələrlə hücum silahları ilə təchiz olunan, Konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını davam etdirən Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır”.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in mətbuat katibinin bu ölkənin hərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddia olunan təhdidlər barədə söylədiyi fikirlərə dair şərhində yer alıb.

“Maraqlıdır ki, indi də XİN-in mətbuat katibi bu ölkənin Konstitusiya Məhkəməsinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyətini tənzimləyən reqlamentin Ermənistan Konstitusiyasına uyğunluğu barədə bu yaxınlarda qəbul etdiyi qərara onların Konstitusiyasında “qonşularına qarşı ərazi iddialarının mövcud olmadığının” “təsdiqi” kimi istinad edir”, – deyə A.Hacızadə qeyd edib.

O bildirib ki, sözügedən iddiaya dair faktları yoxlayarkən Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun Konstitusiyasına uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini xatırlamaq kifayətdir.

A.Hacızadə həmçinin qeyd edib:

“Ermənistan XİN-in Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etdiyini iddia edərək, Azərbaycanda COP29-a səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur.

Erməni tərəfinin bu problemlərə məhəl qoymamaq məntiqi onu göstərir ki, bu ölkə davamlı sülhdə maraqlı deyil və gələcəkdə Azərbaycana qarşı növbəti dəfə təcavüzə başlamaq üçün bu vəziyyəti ehtiyat variant kimi saxlamağa çalışır.

Ermənistan ziddiyyətli bəyanatlardan, təxribat xarakterli addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini öz fəaliyyəti, həmçinin real addımları ilə nümayiş etdirməlidir”.

COP29 üzərindən Azərbaycanın qaralanması niyə alınmadı? | BİZDƏN NƏ DANIŞIRLAR?

COP29 üzərindən Azərbaycanın qaralanması niyə alınmadı? | BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
25 noyabr 2024
COP29-da gecə saat dörddə nəyi razılaşdırmağa çalışıblar? | BAKU ANALİTİK

COP29-da gecə saat dörddə nəyi razılaşdırmağa çalışıblar? | BAKU ANALİTİK

Siyasət
25 noyabr 2024
Jurnalistin Türkiyədən qovulmasında kimin əli var? | Sensasiyalı iddia

Jurnalistin Türkiyədən qovulmasında kimin əli var? | Sensasiyalı iddia

Siyasət
25 noyabr 2024
Qaçqınlıq həyatı qadın və uşaqlara böyük travmalar yaşadıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Qaçqınlıq həyatı qadın və uşaqlara böyük travmalar yaşadıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
25 noyabr 2024
COP29-da 10 illik danışıqlar başa çatdı | Hədəflərə necə nail olundu?

COP29-da 10 illik danışıqlar başa çatdı | Hədəflərə necə nail olundu?

Siyasət
25 noyabr 2024
Kəlbəcərdə yenidənqurma işləri davam edir | Doğma yurdumuzda xüsusi canlanma var

Kəlbəcərdə yenidənqurma işləri davam edir | Doğma yurdumuzda xüsusi canlanma var

Siyasət
25 noyabr 2024
Azərbaycan və İran xüsusi təyinatlıları "Araz-2024" təlimində

Azərbaycan və İran xüsusi təyinatlıları "Araz-2024" təlimində

Siyasət
25 noyabr 2024
Prezident İlham Əliyev mühüm sərəncam imzaladı

Prezident İlham Əliyev mühüm sərəncam imzaladı

Siyasət
25 noyabr 2024
Azərbaycana qarşı ittihamlara cavab | Ermənistan artıq 15 ildir ki...

Azərbaycana qarşı ittihamlara cavab | Ermənistan artıq 15 ildir ki...

Siyasət
25 noyabr 2024
Bakıda tarix yazıldı | COP29-un nəticələri nələr vəd edir? - BAKU AKTUAL

Bakıda tarix yazıldı | COP29-un nəticələri nələr vəd edir? - BAKU AKTUAL

Siyasət
25 noyabr 2024
Seçilmişlər
icon