Pleyeri seçin:

Azərbaycan ATƏT PA-nın sessiyasından imtina etdi

17 noyabr 2023 684 baxış

Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının bu il noyabrın 18-20-də İrəvanda keçiriləcək payız sessiyasında iştirak etməyəcək.

Bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı ATƏT PA-da təmsil olunan nümayəndə heyətinə və qurumun beynəlxalq katibliyinə məktub ünvanlanıb. Məktubda Ermənistanda ölkəmizə qarşı hökm sürən düşmənçilik və anti-Azərbaycan təbliğatından narahatlıq ifadə olunub.

Qeyd edilib ki, cari il aprelin 14-də keçirilən beynəlxalq idman tədbiri zamanı bu ölkənin Baş naziri Nikol Paşinyanın gözləri önündə Azərbaycan bayrağına qarşı edilən hörmətsizlik və cinayət əməlini törədən şəxsin dərhal azad edilməsi Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradıb.

“Beynəlxalq forumlarda bu cür əməlləri törədənlərin cəzasız qalması, qanunsuz olaraq həbsdə saxlanılan Azərbaycan hərbçilərinə qarşı qeyri-insani rəftar, sosial şəbəkələrdə azərbaycanlılara qarşı zorakılıq tədbirlərinin görülməsinə dair açıq çağırışlar Ermənistan dövləti tərəfindən dəstəklənən sistemli nifrət siyasətinin bariz nümunələrindəndir.

Azərbaycanın iştirak edə bilmədiyi sessiyada birtərəfli müzakirələrin nəticəsi faydasız və qəbuledilməz olmaqla yanaşı, ATƏT PA-nın Cənubi Qafqaz regionunda sülhü və barışığı təşviq etmək istiqamətində yürütdüyü parlament diplomatiyasına mənfi təsir göstərəcək”, – deyə məktubda bildirilib.

Məktubda o da qeyd edilib ki, payız sessiyası çərçivəsində Azərbaycanın maraqlarına zidd qəbul ediləcək istənilən qərar və ya tövsiyə etibarsız hesab olunacaq.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 684 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 684 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 684 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 684 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 684 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 684 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 684 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 684 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 684 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 684 baxış
Seçilmişlər
icon