Azərbaycan Ermənistanın hansı şərtləri ilə razılaşmadı? | Paşinyandan mühüm açıqlama
“2022-ci ildə sərhəddə gömrük nəzarətindən bəhs edəndə belə təəssürat yarandı ki, Azərbaycan vətəndaşları problem yaşamamaq üçün bu yollardan istifadə etməyəcək. Hələ o vaxt yolların nəzarətinin başqa təşkilata verilməsini təklif etdik, amma Bakı razılaşmadı”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında səsləndirib.
O qeyd edib ki, İrəvan bu təklifin təkrar müzakirəsinə hazırdır.
Bundan başqa, Baş nazir bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsinin mətni razılaşdırılıb.
“İlkin imzalanma da gündəliyə salınıb. Biz sülh sazişi ilə bağlı heç bir fürsəti əldən verməyəcəyik”, ‒ deyə o vurğulayıb.
N.Paşinyan Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri formatında işçi qrupundan da danışıb.
Onun sözlərinə görə, işçi qrupu bir müddətdir ki, fəaliyyətsizdir. Səbəb isə etimadsızlığın artmasıdır.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV
- İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - Baku TV
- 500 milyard dollarlıq “yarış” başladı | Bu ölkə də ümidini Azərbaycana bağladı - YEKUNLAŞDIRAQ
- İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevi yad etdilər
