Pleyeri seçin:

Azərbaycan əsas oyunçu kimi yüksəlir | Erməni ekspertlərdən Rusiya barədə gözlənilməz şərh

17 fevral 2025 295 baxış

“Rusiya-Azərbaycan münasibətlərində yaranmış son böhran, əslində, göründüyü qədər dərin deyil və müvəqqəti xarakter daşıyır”.

Bunu erməni ekspert Armine Adibekyan Rusiya-Azərbaycan arasında yaranmış son prosesləri şərh edərkən deyib.

“Bakının hətta İran səfirliyinə hücumu zamanı Azərbaycan-İran münasibətlərindəki böhranı xatırlatmaq kifayətdir. Lakin bir müddət sonra tərəflər kompromis tapdılar və münaqişə həll olundu. İran-Azərbaycan münasibətləri Rusiya-Azərbaycan münasibətlərindən qat-qat dərin və mürəkkəbdir. Amma baş verən böhranlar nəticədə dövlətlərarası münasibətlərə təsir etməyib”, – o qeyd edib.

Adibekyan hesab edir ki, Azərbaycan xarici oyunçulardan daha çox müstəqillik əldə edib onların təsirini azaltmağa çalışır.

“Rusiyanın təsiri zəifləyəndə Rusiya-Azərbaycan rəsmi münasibətləri praqmatik xarakter alacaq. Bununla belə, əlaqələrin kəsilməsindən söhbət getmir. Belə addımlarla Azərbaycan ancaq mövqelərini möhkəmləndirir. Rusiya Azərbaycana qarşı Ermənistanın xeyrinə kəskin addımlar atmayacaq. Son 30 ildə Rusiyanın belə böhranlardan Azərbaycan tərəfinə qarşıdurma üçün bəhanə kimi istifadə etdiyi elə bir hadisəni xatırlamıram. Hazırda Moskvanın Bakıya ehtiyacı olduğu kimi, Bakının da Moskvaya ehtiyacı var. Bu isə o deməkdir ki, onların münasibətlərində kəskin dəyişiklik olmayacaq. Rusiya üçün Ermənistan heç bir halda alternativ olmayacaq”, – ekspert qeyd edib.

Ermənistana gəldikdə, Adibekyan deyib ki, problemlərini onların əvəzinə heç kim həll etməyəcək: “Özümüzdən başqa heç kim bizim yaxşı, təhlükəsiz yaşamağımızda, perspektivli gələcəyimizdə maraqlı deyil”.

Politoloq Yervand Bozoyan isə hesab edir ki, Azərbaycan Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət yeritməyə çalışır: “Nəticədə Əliyev regionda öz rolunu gücləndirir və Azərbaycanın əsas oyunçu kimi statusunu yüksəldir. O həmçinin Rusiyanın müxtəlif məsələlərdə güzəştə getməsini gözləyir”.

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Siyasət
08 avqust 2026 295 baxış
Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Siyasət
08 avqust 2026 295 baxış
Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Siyasət
08 avqust 2026 295 baxış
Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Siyasət
08 avqust 2026 295 baxış
İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

Siyasət
08 avqust 2026 295 baxış
Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Siyasət
08 avqust 2026 295 baxış
Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI

Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI

Siyasət
08 avqust 2026 295 baxış
Ermənistan Baş naziri ABŞ Prezidenti ilə bu mövzuları müzakirə etdi - Baku TV

Ermənistan Baş naziri ABŞ Prezidenti ilə bu mövzuları müzakirə etdi - Baku TV

Siyasət
08 avqust 2026 295 baxış
Fransa və Böyük Britaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təsdiqlədi - Baku TV CANLI

Fransa və Böyük Britaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təsdiqlədi - Baku TV CANLI

Siyasət
08 avqust 2026 295 baxış
Azərbaycan və Gürcüstan arasında yükdaşımalardakı çətinliklərin səbəbi açıqlandı - Baku TV

Azərbaycan və Gürcüstan arasında yükdaşımalardakı çətinliklərin səbəbi açıqlandı - Baku TV

Siyasət
08 avqust 2026 295 baxış
Seçilmişlər
icon