Azərbaycan jurnalistikasının qarşısında duran vacib tapşırıq
Bu gün Azərbaycan mediası qarşısında süni intellektin öyrənilməsi vacib tapşırıqlardandır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq media rəhbərləri ilə görüş zamanı süni intellektin gündəlik məsələlərdə tətbiqi barədə müzakirələr aparılır:
"Bu məsələlərdə beynəlxalq praktikaları öyrənirik. Bu gün tərcümə işinə baxsaq, Azərbaycan dilində hələ ki arxa səslərin təqdim olunmasında müəyyən texniki problemlər olsa da, rus və ingilis dillərindən tərcümənin təmin olunması baxımından yaxşı nəticələr var. Bir sıra media platformalarında bunlar artıq tətbiq olunur".
H.Hacıyev süni intellektlə bağlı eksperiment apardıqlarını da diqqətə çatdırıb:
"Süni intellektin məhsulu olan bir məqaləni Azərbaycanın media orqanlarından birində yerləşdirdik. Ancaq heç kim onu süni intellektin hazırladığını ayırd edə bilmədi".
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
