Pleyeri seçin:

Azərbaycan qazının Ukrayna üzərindən tranziti fikri Rusiyada necə qarşılandı?

17 fevral 2025 508 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Ukraynanın “Fakti” xəbər portalının məlumatına görə, Ukrayna Azərbaycan qazının Avropaya tranzit imkanları üzərində işləyir.

Mənbə yazır ki, bu barədə fevralın 7-də respublika Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy məlumat verib.

“Söhbət konkret olaraq Azərbaycan qazından və onun nəqlində Ukraynanın iştirakından gedir. Bəli, həqiqətən də bu iş aparılır”, – deyə sözçü bildirib.

İordaniyanın “Menafn” nəşri diqqətə çatdırır ki, Azərbaycan boksçuları ötən həftə Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə 6 medal qazanıblar.

Mənbə xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib:

“Yığmanın heyətində Anaxanım İsmayılova qızıl medal qazanıb. Aynur Rzayeva gümüş, Marjona Savriyeva, Zeynəb Rəhimova, Aynur Mikayılova və Emili Rzayeva bürünc mükafata yiyələniblər”.

Türkiyənin “CNN Türk” xəbər portalı Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan xüsusi reportaj hazırlayıb.

Belə ki, aparıcı Fulya Öztürk telekanalın tamaşaçı auditoriyasını ermənilərin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklər barədə məlumatlandırıb.

“613 günahsız Azərbaycan sakini bir gecədə qətlə yetirilib, 487 nəfər yaralanıb, 1 275 nəfər ölüm düşərgəsinə çatdırılaraq işgəncələrə məruz qalıb”, – tanınmış türkiyəli jurnalist Bakıdakı Xocalı abidəsinin fonunda söyləyib. 

Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Siyasət
16 sentyabr 2026 508 baxış
Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Siyasət
16 sentyabr 2026 508 baxış
Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Siyasət
16 sentyabr 2026 508 baxış
Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Siyasət
16 sentyabr 2026 508 baxış
İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 508 baxış
Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Siyasət
16 sentyabr 2026 508 baxış
100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

Siyasət
16 sentyabr 2026 508 baxış
Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Siyasət
16 sentyabr 2026 508 baxış
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

Siyasət
16 sentyabr 2026 508 baxış
II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

Siyasət
16 sentyabr 2026 508 baxış
Seçilmişlər
icon